"İQNA", "Russia Today"-ə istinadən xəbər verir ki, Fələstinin cənubundakı Marah Rabah kəndinin sakinləri kənd məscidinin böyüdülməsi üçün xeyriyyə kampaniyasında təxminən yarım milyon şekel (160 min dollardan çox) toplayıblar.
Bu məscidin böyüdülməsi üçün bağışlanan qızıl və pulların çəkilən şəkilləri və videoları kiberməkan istifadəçilərinin heyranlığına və tərifinə səbəb olub.
Yardım toplama kampaniyasının təşkilatçıları elan ediblər ki, əhalisi 2000 nəfərdən çox olmayan Marah Rabah kəndinin qadınları kənddəki "Əl-Ətqiya" məscidinin böyüdülməsi üçün 41 qızıl üzük bağışlayıblar.
Qeyd edək ki, son illər Marah Rabah kəndi dəfələrlə İsrail qüvvələrinin hücumuna məruz qalıb.
4027016