IQNA

Əbdül-Basitin oğlu Şarcə Quran Mərkəzini ziyarət edib

20:42 - January 09, 2022
Xəbər sayı: 3491535
Misirin tanınmış qarisi Əbdül-Basit Məhəmməd Əbdüs-Səmədin oğlu Tarik Əbdül-Basit BƏƏ-nin Şarcə Quran Mərkəzini ziyarət edib və onun müxtəlif bölmələri ilə tanış olub.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Şarcə Quran Mərkəzinin sədri  Xəlifə Misbah Əl-Tənici, bu görüşdə orada olub və Tariq Əbdul-Basiti müşayiət edib.

Əbdül-Basitin oğlu səfər zamanı deyib: "Səfərim zamanı Şarcədə Qurani-Kərim mərkəzini ziyarət etmək üçün çox çalışdım. Bu kompleks, böyük və möhtəşəmdir, alimlər və tədqiqatçılar üçün müraciət yeridir.

Şarcə Qurani-Kərim Assambleyasının rəhbəri, Tariq Əbdül-Basiti salamlayaraq deyib: "Bu mərkəz elm axtaranların, Quranla maraqlananların istifadə etdiyi nurlu minarədir."

O, əlavə edib ki, Şarcə Qurani-Kərim Assambleyası, Müxtəlif şöbələri ilə akademik tədqiqatları gücləndirməyə çalışır. Orada İslam dünyasının məşhur qariləri ilə bağlı dəyərli əsərlər saxlanılır.

4027051

 

captcha