IQNA

9:48 - January 24, 2022
Xəbər sayı: 3491618
Əfqanıstanın Herat şəhərində dünən gecə baş verən partlayışda ölən və yaralananların sayı 16-ya çatıb. İran İslam Cümhuriyyəti bu terror hadisəsinin yaralılarını müalicə üçün İrana köçürüb.

"İQNA", xəbər verir ki, İranın Heratdakı baş konsulu Məhəmməd Siddiqifər yanvarın 22-də baş vermiş partlayış nəticəsində həlak olanların və şəhidlərin ailələrinə başsağlığı verərək deyib: "İran İslam Cümhuriyyəti bu terror partlayışı nəticəsində ağır yaralananları İrana aparıb müalicə etməyə hzırdır."

İran İslam Cümhuriyyətinin Heratdakı baş konsulu, yaralıların müalicə üçün İrana aparılması barədə Xorasan Rəzəvi valisi Yəqub Əli Nəzəriyə məktub yazıb.

Qeyd edək ki, Əfqanıstanın qərbində yerləşən Herat şəhərində şəhərin şiə bölgəsində minik avtomobilində güclü partlayış baş verib. Nəticədə 7 nəfər ölüb və 9 nəfər yaralanıb.

4030585

Teqlər: İran ، Herat ، partlayış ، yaralı ، yardım
Ad:
E-poçt:
* Comment:
* captcha: