IQNA

Bəhreyndə Tuba Quran Qülləsinin tikintisinə başlanılıb

21:34 - January 29, 2022
Xəbər sayı: 3491648
Bəhreynin "İqrə" Quran Elmləri Birliyi ölkənin şimalındakı "Ali" şəhərində "Tuba" Quran Qülləsinin tikintisinə başlayıb.

"İQNA", "Qaf" Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, Bu Quran qülləsinin tikintisi Həzrət Zəhranın (s) mövludu ilə eyni vaxtda və Bəhreynin görkəmli şiə alimlərindən olan Əllamə Seyid Abdullah Əl-Ğərifinin iştirakı ilə başlanmışdır.

Əllamə Əl-Ğərifi bu Quran qülləsinin təməl qoyması mərasimində çıxış edərək deyib: "Bu Quran binasının təməlinin qoyulmasının Həzrət Zəhranın (s) mövludu ilə eyni vaxta düşməsi mübarək simmetriyadır.Çünki Həzrət Zəhra (s) Quranın ruhudur."

O, daha sonra hamının bu mübarək layihədə iştirak etməsini xahiş edib.

4031989

Teqlər: bəhreyn ، quran ، bina ، qüllə ، tikinti
captcha