IQNA

Hüseyni Astanı Ümumdünya Xərçəng Günündə Quran məclisi təşkil edib

11:06 - February 26, 2022
Xəbər sayı: 3491809
Müqəddəs Hüseyni Astanının Quran sahəsində İstedadlı olanlar Mərkəzinin bir qrup Quran tələbələri "Varis" Beynəlxalq Xərçəng Fondunun dəvəti ilə Ümumdünya Xərçənglə Mübarizə Günü münasibətilə Quran məclisi keçirib.

"İQNA", "Müqəddəs Hüseyni Astanının" xəbər saytına istinadən xəbər verir ki, Qurani Kərim İstedadları Mərkəzinin rəhbəri Məhəmməd Baqir Əl-Mənsuri deyib :"Müqəddəs Hüseyni Astanına bağlı Beynəlxalq "Varis" Xərçəng Fondu ilə davamlı koordinasiyada Qurani Kərim İstedadları Mərkəzinin Quran tələbələri Ümumdünya Xərçənglə Mübarizə Günü (4 fevral) münasibəti ilə bu müəssisəyə qəbul olunmuş xəstələr üçün müxtəlif Quran proqramları həyata keçiriblər.

Əl-Mənsuri bu xəstələr üçün təşkil edilən proqramlar haqqında bunları deyib: "Bu Quran mərasimi Mərkəzin Qarisi Əli Həmid Əl-Musəvinin qiraəti ilə başlayıb. Sonra "Varis" Fondunun direktor müavini və Xərçəng Cərrahiyyəsi şöbəsinin müdiri doktor Nofəl Şakir Əl-Şədud çıxış edib."

Qurani-kərim İstedadlar Mərkəzinin Quran tələbələri də qrup şəklində Qurani-Kərimdən xəstələrə şəfa mövzusunda ayələr və dini surudlar oxuyublar.

4038373

captcha