IQNA

Nigeriyada hicaba dəstək davam edir

10:49 - February 28, 2022
Xəbər sayı: 3491824
Nigeriya qurumları müsəlman qızların məktəblərdə hicab taxmaq hüququnu dəstəkləməyə davam edir. Həmçinin İslam Rifah Fondu (IWF) bütün səviyyələrdə, xüsusən də cənub-qərb əyalətlərində və Kvarada hökuməti müsəlman tələbələrə ikinci sinif vətəndaş kimi yanaşmaqdan çəkinməyə çağırıb

"İQNA", xəbər verir ki, Fond bəyan edib ki, məktəblərdə oxuyan qız uşaqlarımızın konstitusion hüququ var ki, hicab taxaraq öz inanclarını nümayiş etdirsinlər. Çünki bu, təkcə Nigeriya vətəndaşları kimi onların hüququ deyil, həm də bütün beynəlxalq insan hüquqları sənədlərində qeyd olunub.

İslami Rifah Fondu vurğulayıb ki, bu, konstitusiyamıza təhqirdir. Biz bunu qətiyyətlə pisləyirik. Biz bu böyük ölkənin vətəndaşları olaraq malik olduğumuz bütün hüquqi imkanlarla buna qarşı çıxacağıq.

Bu mərkəz həmçinin elan edib ki, Nigeriya sahillərindən kənarda, müstəmləkəçi ağamız Britaniyanın dövlət məktəblərində hicab qadağasına qarşı xüsusi qanunu yoxdur. ABŞ-da müsəlman qızların məktəblərdə hicab taxmasına icazə verilir. Necə ki, digər dinlərə mənsub olanlar öz dinlərinə uyğun geyinə bilirlər, müsəlmanların da hicab taxmaq hüququ var.

4038960

Teqlər: nigeriya ، hicab ، dəstək ، müsəlman ، məktəb
captcha