IQNA

Ayətullah Ələvi Qorqani vəfat edib

17:26 - March 15, 2022
Xəbər sayı: 3491925
Ayətullahul-Üzma Ələvi Qorqaninin atası ona dəfələrlə deyirmiş: "Məhəmməd Əli, sən başqa qardaşlarından fərqlənəcəksən, gələcəkdə yüksək elmi məqamlara çatacaqsan. Çünki mən Əmirəl-mömininə (ə) təvəssül edərək səni Allahdan almışam."

"İQNA", xəbər verir ki, bir müddət xəstəxanada yatan Mərcə-təqlid Ayətullahul-Üzma Seyyid Məhəmməd Əli Ələvi Qorqani Şəhid Behişti Xəstəxanasında ürək tutması səbəbindən vəfat edib.

Ayətullah Ələvi Qorqani hicri 1359-cu il Cəmadi əl-Sani ayının 20-si Nəcəf Əşrəfdə anadan olmuşdur.

Atası Ayətullah Hacı Seyyid Səccad, ona dəfələrlə deyirmiş: "Məhəmməd Əli, sən başqa qardaşlarından fərqlənəcəksən, gələcəkdə yüksək elmi məqamlara çatacaqsan. Çünki mən Əmirəl-mömininə (ə) təvəssül edərək səni Allahdan almışam."

Ayətullah Ələvi Qorqani uzun illər fiqh və usul tədrisi ilə yanaşı, çoxsaylı çap və əlyazma əsərlərinə (təxminən 60 cild) malikdir. O cümlədən, mərhum Ayətullah Qolpayeqaninin tərif və təqdir etdiyi və onun təkidi ilə nəşr olunan "Əl-Mənazir Ən-Nazirə Fi Əhkamil-İtrətit-Tahirə" kitabını qeyd etmək olar.

4043056

captcha