"İQNA", "Əl-Kövsər"-ə istinadən xəbər verir ki, "Məfaza" Qurani-Kərim yarışmasına qeydiyyat prosesi Rəcəb ayının 13-də mömininlərin əmiri İmam Əlinin (ə) mövludunun ildönümündə başlayıb. Bu yarışlar Ramazan ayında keçiriləcək.
Bundan əvvəl bu Quran müsabiqəsi üçün son qeydiyyat tarixi 18 mart 2022-ci il, Şaban ayının ortalarına qədər elan edilmişdi. Bu müddətin uzadılması ilə yarışlara qeydiyyat Şaban ayının 22-dək davam edəcək.
Müsabiqədə iştirak etmək istəyənlər tələb olunan ad və məlumatı Əl-Kövsər şəbəkəsinin internet saytı və ya Müttəqin proqram səhifəsi (http://mafaza.alkawthartv.ir) və ya WhatsApp, Facebook və Telegram kimi sosial şəbəkələrdə (00989108994025) nömrə vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
4043590