IQNA

BMT TŞ Əfqanıstanda yardım missiyasının mandatını artırdı

23:58 - March 18, 2022
Xəbər sayı: 3491939
BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) mandatını 2023-cü il martın 17-dək uzadıb.

BMT TŞ Əfqanıstanda yardım missiyasının mandatını artırdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) mandatını 2023-cü il martın 17-dək uzadıb.

Sənəd Təhlükəsizlik Şurasına üzv olan 14 ölkənin dəstəyini alıb, Rusiya isə səsvermədə bitərəf qalıb. Sәnәddә BMT-nin Əfqanıstandakı bütün siyasi aktorlar və rəsmilərlə işləməyə davam edəcəyi bildirilib.

Qeyd edәk ki, BMT-nin Әfqanıstana Yardım Missiyası 2002-ci ildәn bәri bu ölkәdә fәaliyyәt göstərir.

captcha