IQNA

Xilaskarın gəlişi bütün dinlərin əsas mövzusudur

11:56 - March 23, 2022
Xəbər sayı: 3491957
İbrahim Dinləri üzrə ustad, Professor Kurt Riçardson deyib: "Dinlərlə bağlı mühüm məsələlərdən biri də onların yəhudilik, xristianlıq və İslam kitablarına, yəni Tövrat, İncil və Qurana əsaslanan xilaskarlıq mövzusunda böyük ortaqlığıdır. Bu dinlərin əsasında xilaskarın zühuru dayanır."

"İQNA", xəbər verir ki, Professor Kurt Riçardson Kanadanın Toronto Universitetində İbrahim Dinləri üzrə ustaddır. O, ilahiyyat və müqayisəli ilahiyyat fənləri ilə maraqlanan və bu sahədə müxtəlif maarifləndirici və tədqiqat fəaliyyətləri olan şəxsiyyətlərdəndir. Professor Riçardsonun toxunduğu mövzulardan biri də müxtəlif dinlərdə "xilaskarın zühur etməsi" məsələsidir. O, belə qənaətə gəlib ki, dinlər arasında ortaq məsələlərdən biri də xilaskarın zühurunu gözləməkdir. O, həmçinin hesab edir ki, bu məsələ dinlər arasında dialoq və din ardıcıllarının təfəkkürünü bir-birinə yaxınlaşdırmaq üçün yaxşı mövzu ola bilər. Professor Riçardson çıxışında "xilaskarlıq ideyası" mövzusuna toxunub ki, aşağıda oxuyuruq:

Dinlərlə bağlı mühüm məsələlərdən biri də onların yəhudilik, xristianlıq və İslam kitablarına, yəni Tövrat, İncil və Qurana əsaslanan xilaskarlıq mövzusunda böyük ortaqlığıdır. Bu dinlərin əsasında xilaskarın zühuru dayanır. Bu proqnoz tarix boyu həmişə olub ki, ədalət, yaxşılıq və ilahi rəhmət axır zamanda bərqərar olacaq. Allahın bunu necə etmək istədiyini bilmək bizim üçün çətindir.

Tövrat, İncil və Quran bu məsələdə ortaq nəzərə sahibdirlər. Bu gün bizim dinlərarası dialoqa ehtiyacımız var. Dinlərin ortaq cəhətlərini düşündükdə görürük ki, bu üç din xilaskarın zühurunu gözləyir. Kimin xilaskar olacağı fikrimizi məşğul etməməlidir. Daha doğrusu, bilməliyik ki, hamımızın taleyi ortaqdır və biz ölüb diriləcəyik və bəşəriyyət ilahi hökmranlıqla sona çatacaq. Odur ki, ona hansı ad qoymağımız önəmli deyil, ilahi kamala çatmaq və ilahi vədənin həyata keçməsi vacibdir.

Yəhudilər İsanın gəldiyini eşidəndə, onlar üçün önəmli olan İsanın anasının kim olduğu idi. Quran açıq şəkildə İsanın anası Məryəm barədə danışır. Quran Məhəmmədin yeni din gətirmək üçün deyil, həqiqətdə, qabaqkı dinləri tamamlamaq üçün gəldiyini demək istəyir. Peyğəmbər (s) xristianlığı və baş verən mübaliğələri düzəltməyə gəlib. Buna görə də, Quranda deyilir ki, Məsih (ə) Allahın quludur və Məsihin ən yüksək rolu bəndəlikdir.

Quran ardıcıllarından məhdəviyyətə tabe olmalarını istəməyimizlə yanaşı, Mehdinin (ə.c) Məsihdən (ə) ayrı olmadığını bilmələrini istəyirik. Din ardıcılları arasında mövcud olan bədbinliyi aradan qaldıraraq ümid, iman və sevgi ilə ortaq cəhətləri düşünməliyik.

Allahın zaman bölümü bir xilaskarın zühuruna səbəb olacaqdır. İslam, Xristianlıq və Yəhudilik mətnlərinin heç biri zühurun nə vaxt baş verəcəyini dəqiqləşdirə bilməz. Hətta Peyğəmbərin  (s) özü də bunun nə vaxt olacağını bilmirdi. Biz indiki zamandayıq və gələcəyi bilmirik. Biz Mehdinin (ə.c) zühurunu istəyirik və başqa dinlərin ardıcılları Xilaskarın zühurunu gözləyirlər. Həzrət Mehdinin (ə.c) zühuru gecikmişdir. Səbir müxtəlif dinlərdə vurğulanan mühüm məsələdir.

İncildə deyilir ki, İsa (ə) öz yoldaşları ilə danışırdı. O, həzrətdən soruşdular ki, sən bizi başqalarından daha çox sevirsən? Həzrət İsa (ə) bu barədə danışmağı heç sevmir. Məsih (ə) deyir ki, kimin sağımda və ya solunda oturacağına mən qərar vermirəm. Bu seçim Allahladır və bu mövqe Mehdinin (ə.c) məqamı ola bilər.

3961394

captcha