IQNA

Qadınlar üçün Quran hifzi üsulları ilə bağlı seminar təşkil edilib

5:49 - April 03, 2022
Xəbər sayı: 3491999
Aprelin 1-də Kərbəladan Bağdada gedən yolda Astan Hüseyni Darul-Quranının binasında qadınlar üçün Quran hifzi seminarı keçirilib.

"İQNA", Astan Hüseyni saytına istinadən xəbər verir ki, seminarda İraqın Kazımeyndəki dini idarəsinə bağlı qadın Quran hafizlərindən ibarət nümayəndə heyəti iştirak edib. Astan Hüseyni Darul-Quranının Quran müəllimlərindən olan ustad Əli Hadi Qurani-Kərimin əzbərlənməsi üsullarına dair materiallar və dərslər təqdim edib.

Astan Hüseyni Darul-Quran Media Mərkəzinin rəhbəri Səfa Əl-Silavi də bununla bağlı deyib: "Şeyx Həsən Əl-Kaziminin başçılığı ilə İraqın Kazimeyn dini idarəsinə bağlı bir qrup Quran hafizindən ibarət Quran heyəti Kərbəlaya səfər edib.

O, əlavə edib ki, Bu nümayəndə heyəti Darul-Quran Astanının inzibati şurası və Müqəddəs İmam Hüseyn (ə) Astanının Darul-Quran şöbəsinin müavini "Seyyid Moürtəza Camaluddin tərəfindən qarşılanıb.

4046105

 

Teqlər: qadın ، quran ، hifz ، seminar ، hafiz
captcha