IQNA

Hamburqda 8-ci Avropa Quran Müsabiqəsi keçiriləcək

14:32 - April 08, 2022
Xəbər sayı: 3492026
Almaniyanın "Darul-Quran" təşkilatı Ramazan ayında Avropada Qurani-Kərimin qiraəti, əzbəri, təfsiri və məfhumları müsabiqəsinin səkkizinci turunda iştirak etməyə çağırış edib.

"İQNA", xəbər verir ki, Hamburq İslam Mərkəzinin himayəsi altında fəaliyyət göstərən Alman Darul-Quranı belə deyib: "Müsabiqənin ilkin mərhələsi aprelin 22-dək virtual (videofayl göndərmək) və final mərhələsi isə şənbə günü, aprelin 30-da Hamburq İslam Mərkəzində əyani şəkildə keçiriləcək.

Bu müsabiqənin məqsədi Qurani-Kərimin mədəniyyət və biliklərini yaymaq və təbliğ etməkdir. Həmçinin Quran şəxsiyətlərinin inkişaf etməsinə zəmin yaratmaq, Qurani-Kərim oxucularını və hafizlərini vəhy kəlamı ilə tanış etmək və Avropa Quran icmasını birləşdirməkdir.

Avropada yaşayan müxtəlif İslam məzhəblərindən olan bütün müsəlmanlar bu yarışlarda yaş məhdudiyyəti olmadan iştirak edə bilərlər. Yarışlar 16 yaşa qədər və 16 yaşdan yuxarı iki yaş qrupu üzrə keçiriləcək.

4047263

Teqlər: hamburq ، avropa ، quran ، müsabiqə ، ramazan ayı
captcha