IQNA

Quran dünyapərəstliyin nəticələri barədə xəbərdarlıq edir

9:56 - April 12, 2022
Xəbər sayı: 3492050
Dünyada uzunömürlülük hərisliyinin çox pis nəticələri olacaq. Dünyada ömrünün uzun olacağını zənn edən insan yaxşılığı heç vaxt görməyəcəyi sabaha və sabahlara saxlayır.

Beynəlxalq Əl-Mustafa (s) Universitetinin elmi heyətinin üzvü Məhəmməd Əli Mirzai, İQNA-nın "Ayələr və Həyat" mövzusunda hazırladığı mühazirələr silsiləsinin 9-cu hissəsində o, "Bəqərə" surəsinin 96-cı ayəsinin təfsirində insanlarda məzəmmət olunan bir xüsusiyyət barədə danışıb. O da ömrün uzun olmasına hərislikdir.

Bu ayədə oxuyuruq: "Əlbəttə ki, sən onları (uzun) ömür sürməyə bütün insanlardan hətta (Allaha) şərik qoşanlardan həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu əzabdan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir."

Bu ayədə insana xas olan ən mənfi və pis xislətlərdən biri ilə qarşılaşırıq. Yəni, əgər insan nəfsinə hakim olmasa, bu sifət dünyada uzunömürlülük hərisliyidir. İnsanın sonu olmayana qədər uzun ömür sürmək istəyir və ona uyğun davranır.

Əgər biz bir şeyi seviriksə, bu emosional bağlılıq insanın stimul, davranış və hərəkət tərzinə çevrilir. İnsanın dünyanın ən uzun ömürlərini arzulaması təhlükəlidir. Dünyada ömrünün uzun olacağını zənn edən insan yaxşılığı heç vaxt görməyəcəyi sabahlara saxlayır.

Odur ki, bəzi rəvayətlərdə deyildiyi kimi, insan dünyada dünya işlərinə aid məsələlərdə elə davranmalıdır ki, elə bil çox gec öləcək ki, yaxşı işlərdə əlindən gələni etsin.

Amma axirətə münasibətdə elə davranmalıdır ki, sanki sabah yoxdur və öləcək.

4042886

captcha