IQNA

Misir serialında Quranın təhqir olunmasına Əl-Əzhərin reaksiyası

9:03 - April 17, 2022
Xəbər sayı: 3492079
Əl-Əzhər Fətva Mərkəzi Misir serialında din alimlərinin üzlərinin təhrif edilməsinə və Qurani-Kərimdən ayələrin ələ salınmasına reaksiya verib.

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, "Əl-Əzhər" Beynəlxalq Elektron Fətvalar Mərkəzi, Ramazan ayı münasibəti ilə dövlət televiziyasında yayımlanan "Fatən Amal Hərbi" serialında baş verən hadisələrə serialın adı çəkilmədən münasibət bildirərək bəyanat yayıb.

Bəyanatda deyilir ki, oyanmış vicdanlar sahiblərinin diqqətini millətləri quran, əxlaqı yüksəldən, cəmiyyətlərdə təhlükəsizlik və sabitliyə nail olan, ixtilaflara səbəb olmayan nurlu və şüurlu yaradıcılığa yönəldir.

Bəyanatda deyilir ki, nifaq salmaq, şöhrət və görünürlüğün artırılması məqsədi ilə dini anlayışların və əxlaqi dəyərlərin təhrif edilməsi cəmiyyətin birliyinə, nizam-intizamına və əmin-amanlığına mənfi təsir göstərən eqoist və mənfur utilitarizmdir. O, elm və sənət deyil.

Əl-Əzhər vurğulayıbki, bəzi sənət əsərlərində bir İslam aliminin qəsdən cahil, qorxaq, rəzil və pis xasiyyətli bir insan obrazında təqdim edilməsi, alimlərə zərər verməkdən daha çox müxaliflərə zərər verən təəssüf doğuran təhqir və qəsdən təhrif kimi rədd edilir. Bu, böyük Misir xalqının ləyaqətinə və onların üləma və din adamlarına olan hörmətinə uyğun gəlmir.

Əl-Əzhər deyib ki, Qurani-Kərimin ayələrinə istehza etmək, onların məna və təfsirlərini təhrif edərək ixtilaf salmaq bütün din, elm və peşə meyarlarına və yəqinlərin aşkar inkarına əsaslanan böyük cinayətdir.

4049888

Teqlər: misir ، serial ، quran ، əl-əzhər ، reaksiya
captcha