IQNA

Kabildə partlayışlar nəticəsində şəhid olanların sayı 25 nəfərə çatıb

14:52 - April 19, 2022
Xəbər sayı: 3492097
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışlar nəticəsində şəhid olanların sayı 25 nəfərə çatıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərtac-a istinadla xəbər verir ki, ölüm hallarının çoxu paytaxtın qərbində yerləşən Əbdül Rəhim adına məktəbdə iki ardıcıl partlayış zamanı qeydə alınıb.

“Taliban” hərəkatının formalaşdırdığı təhlükəsizlik idarəsinin nümayəndəsi Xalid Zardan şəhərin qərbində yerləşən təhsil müəssisələrində üç partlayışın baş verdiyini bildirilib.

Kabul News telekanalının şahidlərə istinadla yaydığı məlumata görə, paytaxtdakı partlayışlarda azı 25 məktəbli şəhid olub və ya yaralanıb.

4050792

captcha