IQNA

Quranda vilayətin əhəmiyyəti

12:46 - April 28, 2022
Xəbər sayı: 3492145
"Bəqərə" surəsinin 205-ci ayəsinə əsasən, əgər vilayət əməlisalehlərin iradəsindən kənara çıxaraq, zalımların və fitnə-fəsad törədənlərin iradəsinə tabe olarsa, yer üzündə nəsillər və məhsullar məhv olar və insanlıq tamamilə məhv olar.

Beynəlxalq Əl-Mustafa (s) Universitetinin elmi heyətinin üzvü Məhəmməd Əli Mirzai, İQNA-nın "Ayələr və Həyat" mövzusunda hazırladığı mühazirələr silsiləsinin 25-ci hissəsində o, "Bəqərə" surəsinin 205-ci ayəsinə əsasən, deyib ki, əgər vilayət əməlisalehlərin iradəsindən kənara çıxaraq, zalımların və fitnə-fəsad törədənlərin iradəsinə tabe olarsa, yer üzündə nəsillər və məhsullar məhv olar və insanlıq tamamilə məhv olar.

Vilayət çox mühüm məsələdir və Qurani-Kərimdə ona böyük əhəmiyyət verilmişdir. Əslində, həyatda bütün insanlar kiminsə himayəsində və hakimiyyəti altındadırlar. Bəs kimin vilayəti, necə, hansı yanaşma ilə və bu vilayətin nəticələri nədən ibarətdir? Əsas sual budur.

Amma vilayət prinsipi insanın dünyadakı həyatı ilə bağlıdır. "Bəqərə" surəsinin 205-ci ayəsində Allah-taala buyurur: "Üz döndərən zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir."

Bu ayəyə əsasən, əgər vilayət fitnə-fəsad törədənlərin əlində olarsa, yer üzündə məhsul və nəsillər fəsad və məhvə düçar olar. İnsan buna qarşısında durmalı, insanları Allahın vilayətinə və Allahın övliyalarına tərəf çağırmalıdır. Çünki bu vilayət möminlərin, müsəlmanların və salehlərin iradəsindən kənara çıxsa, zalımların və fəsad əhlinin ixtiyarına keçər. Nəticədə məhsul da, nəsil də, insanlıq da məhv olar. Təkcə insan yox, təbiət də məhv olar, hər şey fəsada məruz qalar.

4043266

captcha