IQNA

Almaniyada "Əsmaullah" virtual sərgisi keçirilib

13:52 - May 02, 2022
Xəbər sayı: 3492166
"Əsməullah" virtual xəttatlıq sərgisi Ramazan ayı münasibətilə Almaniyanın Berlin şəhərindəki İran Evi tərəfindən təşkil olunub.

İQNA, xəbər verir ki, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatı, Quran Akademikləri Təşkilatı və Berlində İran Mədəniyyət Evinin iştirakı ilə Ramazan ayı münasibəti ilə bu sərgini "Mələkut" milli və beynəlxalq sərgilər silsiləsi şəklində keçirib. Orada İranın tanınmış tələbə və ustadlarının əsərləri virtual olaraq Berlindəki İran Mədəniyyət Evinin sosial şəbəkələrinə yüklənib və nümayiş etdirilir.

Bu sərginin məqsədi Quranın gözəlliklərini və Allahın adlarını nümayiş etdirmək üçün sənət dilindən istifadə etməkdir. Həmçinin milli və beynəlxalq səviyyədə akademiklər və şəxsiyyətlər arasında Quranın mehvəriyyəti ilə bədii, media və təbliğat əlaqələrini və qarşılıqlı əlaqələri gücləndirməkdir.

Habelə istedadlı sənətkarların dəstəklənməsi, xəttatların əsərlərinin milli və beynəlxalq səviyyədə nümayiş etdirilməsi də bu sərginin keçirilməsindəki əsas hədəflərdən sayılır.

Maraqlananlar bu sərginin əsərlərini "https://www.artsteps.com/embed/6256cc412e772d6d99dc331313/560/315" linkindən ziyarət edə bilərlər.

4054164

captcha