IQNA

Quranı parça üzərində tikərək yazmaq Misirdə unudulmuş bir sənətdir

10:17 - May 09, 2022
Xəbər sayı: 3492199
Əvvəllər Misirdə Kəbə pərdəsinin hazırlanmasında istifadə edilən bir sənət olan Quranın ipək parça üzərində ipək (tikmə) üslubunda yazılması və onun qızıl və gümüşlə bəzədilməsi indi unudulmaqdadır.

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, hər bir sahənin ustaları öz orijinal sənəti və irsi ilə fəxr etsə də, "Əl-Qasbəci ailəsi"nin fəxr etdiyi xüsusi fəxrdir. Çünki onların sənətinin güclü tərəfi Quranı "Əs-Sirmə" (parçaya tikmə) üslubunda yazmaqdır. Bu üslubda hərflər xüsusi konsistensiyaya malikdir və ipək parçaya yazılır, sonra qızıl və gümüşlə bəzədilir.

Bu sənət əvvəllər Kəbə pərdəsinin toxunmasında və bəzədilməsində istifadə olunurdu və bu gün Misirdə bu pərdənin toxunması artıq aparılmır və insanlar arasında unudulmaqdadır. Amma bu ailənin övladları hələ də bu sənəti öyrənmək və tətbiq etmək həvəsindədirlər.

İmən Əl-Qasbəci "Əş-şuruq"-la müsahibəsində deyib ki, bu sənət Misirdə onun əcdadı Əhməd Vəhbi Paşa tərəfindən başladılmışdır. O, Astanadan (İstanbul) Misirə Məhəmməd Əli Paşa ilə gəlmiş və pərdələri və parçaları gümüş taropodla bəzəməkdə maraqlı olmuşdur. Əl-Qasbəci ailəsi o vaxtdan Misirdə düzəldilən və Hicaza göndərilən Kəbə pərdəsini tikirdi.

O,bildirib ki, Əl-Qasbəci ailəsinin bu sənətdəki bacarığına görə, Osman Əbdül-Həmid Paşa adlı bir ailə üzvü 1920-ci illərin ortalarında üç il dalbadal Kəbə pərdəsi hazırlama şöbəsinin müdiri təyin edilmişdi.

Qeyd olunub ki, son 90 ildə bu ailə tərəfindən yüz minə yaxın xüsusi Quran lövhəsi və parça hazırlanıb bəzədilmişdir.

4055290

captcha