IQNA

10:15 - May 09, 2022
Xəbər sayı: 3492201
"Əl-Təfsirul-Hadi" kitabı Fələstindəki Qəzza İslam Universitetinin Dinlər fakültəsinin Quran təfsiri və elmləri üzrə ustadı Əbdus-Salam Əl-Loh tərəfindən 30 cilddə yazılıb və çap edilib.

"İQNA", Fələstindəki Səfa Xəbər Agentliyinə istinadən xəbər verir ki, o, bu barədə deyib: "Qırx ildir ki, Quranın analitik təfsirini tədris etdiyimi nəzərə alsaq, ağlıma Quranın təfsirini yazmaq fikri gəldi. Müsəlmanlar və mütəxəssislər arasında Quran mətninin başa düşülməsində ümumi zəifliyi aradan qaldırmağa çalışdım.

Fələstinli ustad daha sonra "Əl-Hadi" təfsirinin analitik və yığcam təfsir olduğuna işarə edərək deyib: "Tələbələrimdən yeddisi bu təfsirin yazılmasında mənimlə əməkdaşlıq etdi və bu dörd il çəkdi".

O bildirmişdir ki, bu təfsir 10 min səhifədən çoxdur və 30 cilddə yazılmışdır və hər cild 320-350 səhifə və səkkiz bölmədən ibarətdir.

4055399

Ad:
E-poçt:
* Comment:
* captcha: