IQNA

10:22 - May 11, 2022
Xəbər sayı: 3492212
İsveç sosial xidmətlər sistemi illərdir müsəlman və mühacir ailələrdən olan uşaqları mümkün zorakılıq bəhanəsi ilə valideynlərindən ayırıb, onları naməlum mərkəzlərə aparır və ya İsveç ailələrinə övladlığa verir.

İQNA, "Daily Sabah"-a istinadən xəbər verir ki, İsveç sosial xidmətləri müsəlman ailələrin uşaqlarını oğurladığı üçün tənqid edilib. Valideynlər və hüquq müdafiə təşkilatları bunu kəskin tənqid edir.

Avropa İnsan Haqları Məhkəməsində İsveç Sosial Xidmətlərinə qarşı səkkiz işdə qalib gəlmiş tanınmış beynəlxalq hüquqşünas Siv Vesterberq deyir: "Onlar müsəlman uşaqları oğurlayırlar. Demək istədiyim odur ki, onlar bu uşaqların yaşaması üçün başqa yolların olduğunu qəbul etmirlər".

İctimai təşkilatlar İsveç İnzibati Məhkəməsinin icazəsi olmadan öz işçilərini polisin köməyi ilə göndərib və valideynlərinin xəbəri olmadan uşaqlarını evdən və ya birbaşa məktəbdən aparmaq hüququna malikdir.

4055159

Ad:
E-poçt:
* Comment:
* captcha: