IQNA

12:33 - May 13, 2022
Xəbər sayı: 3492224

Küveytdə taksiyə Quran ayəsi yazıldığına görə dayanacağa aparılıb

Küveyt polisi sürücünün Qurani-Kərimdən ayəni taksinin üzərinə yazdığı üçün taksini dayanacağa aparıb. Bu taksinin şəkilinin yayılması kiberməkan istifadəçiləri arasında mübahisə doğurub.

Küveytdə taksiyə Quran ayəsi yazıldığına görə dayanacağa aparılıb

"İQNA", "Əl-eyn"-ə istinadən xəbər verir ki, Küveytin Daxili İşlər Nazirliyi bir taksinin üzərinə Quran ayəsinin yazıldığı üçün taksinin dayanacağa aparıldığını açıqlayıb.

Bu sürücü Hud surəsinin 42-ci ayəsinin bir hissəsini "ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma" öz maşınının üzərinə yazmışdı.

Avtomobilin arxasındakı Quran ayəsinin şəklinin sosial mediada yayımlanmasından sonra Küveytin Təhlükəsizlik Media Ofisi məlumat yayıb ki, qanunsuz etiket yapışdırıldığı üçün avtomobil yol polisinin dayanacağına aparılıb.

Bu taksinin şəkilinin yayılması kiberməkan istifadəçiləri arasında mübahisə doğurub. Bəziləri önun yanlış iş etmədiyini bildirsələr də, bəziləri onun bu işinin doğru olmadığını bildiriblər.

4056348

Teqlər: küveyt ، taksi ، kiberməkan ، quran ، ayə
captcha