IQNA

20:03 - May 21, 2022
Xəbər sayı: 3492263
Quranda namazla bağlı bir neçə ayə var. Namaza diqqət yetirməyin və onun müsəlmanlar üçün təsirlərinin əhəmiyyəti o dərəcədədir ki, normal namaz qılmaq mümkün olmayanda belə, şəraitə uyğun qılınması üçün göstərişlər verilmişdir.

Namaz tərk edilməməli bir vacibdirİQNA, xəbər verir ki, Qum Elmi Hövzəsinin ustadı Höccətül-İslam vəl-müslimin Hadi Abbasi Xorasani, "Bəqərə" surəsinin 238 və 239-cu ayələrinin təfsirində deyib: "Namazın əhəmiyyəti o qədərdir ki, rəvayətlərə əsasən, əgər kimsə namazı inkar edirsə, bu, dinin zəruri məsələsini inkar etməkdir. Əlbəttə, bəzən namazı tərk etmək məsuliyyətsizlikdən olur ki, bu da günahdır".

"Bütün namazları və orta namazıqoruyun və Allaha xatir itaətkar halda ayağa qalxın. Beləliklə əgər qorxsanız, piyada, ya minikdə (xof namazı qılın). Asayiş tapdıqda isə Allahı sizə bilmədiyinizşeyləri örətdiyi kimi yada salın". ( Bəqərə 238-239)

Bu ayələr namaz mövzusu və onun qorunub saxlanması ilə bağlıdır. Ondan əvvəlki ayələrdə ailənin problemlərindən, boşanma məsələsindən, kişi və qadının bir-biri ilə münasibətdə vəzifəsindən bəhs edilmişdir. Bu ayələrin bir-birilə bağlılığı budur ki, əgər namazə qorusaydıq, bir çox bəlalardan, o cümlədən ailə problemlərindən qorunmuş olardıq. Yəni namazı qorumaq insanı tam sğortalayır.

İmam Sadiq (ə) bir rəvayətdə buyurur ki, namaz ilahi bir paklıqdır ki, insan gündə beş dəfə onunla paklanır. Sonra həzrət buyurur: Gündə beş dəfə özünü yuyan napak olarmı?

Ayənin göstərişi budur ki, bu ilahi pakediciyə, xüsusən də "orta namaz"a diqqət yetirilsin. Orta namaz konseptual olaraq orta namaz və ya üstün namaz deməkdir. Amma "orta namaz" məsələsində müxtəlif ehtimallar irəli sürülüb. Birinci ehtimal səhər və axşam namazları arasında yerləşən zöhr və əsr namazlarına aiddir.

Başqa bir ehtimal da, sübh namazı üstün olduğu üçün orta namazın sübh namazı olmasıdır.

Namaz tərk edilməməli bir vacibdir

Digər bir məqam da budur ki, namaz tərk edilməməli və istənilən halda yerinə yetirilməli olan vəzifələrdəndir. Buna görə də sonrakı ayədə oxuyuruq: "Beləliklə əgər qorxsanız, piyada, ya minikdə (xof namazı qılın). Asayiş tapdıqda isə Allahı sizə bilmədiyinizşeyləri örətdiyi kimi yada salın". ( Bəqərə 239). Namazın əhəmiyyəti o qədərdir ki, rəvayətlərə əsasən, əgər kimsə namazı inkar edirsə, bu, dinin zəruri məsələsini inkar etməkdir. Əlbəttə, bəzən namazı tərk etmək məsuliyyətsizlikdən olur ki, bu da günahdır.

Bu ayə qorxu namazının qaydasını ifadə edir. Qorxu namazı döyüşdə döyüşçülərin qıldığı namzdır. Məsələn, kimsə döyüşdədir və namaz qılmaq istəsə, düşmən də hücuma keçsə, belə namaz qılmalıdır. Dənizdə boğulan və orada işarə edərək namaz qılan kimsə kimi. Bu ayədə başqa bir məqam da "ilahi zikr" ifadəsinin namaza aid olmasıdır. Bu da onu göstərir ki, namaz "ilahi zikrin" ən gözəl nümunələrindən biridir.

4057056

Ad:
E-poçt:
* Comment:
* captcha: