IQNA

İraqda qız tələbələr arasında keçirilən milli Quran müsabiqəsi başa çatıb

9:51 - June 07, 2022
Xəbər sayı: 3492358
Nəcəf Əşrəf İslam Universitetində qız tələbələrin milli Qurani-Kərim müsabiqəsi seçilmiş şəxslərin tanıtdırılması və təqdir edilməsi ilə başa çatıb.

İQNA, Müqəddəs Hüseyni Astanına istinadən xəbər verir ki, İyunun 1-i və 2-si Nəcəf Əşrəf İslam Universitetinin nəzdində İraqın dövlət və özəl universitetlərinin qız tələbələri arasında Qurani-Kərimin hifzi, tərtil qiraəti və təcvidi üzrə milli müsabiqə keçirilib.

Müqəddəs Hüseyni Astanının Darul-Quranına informasiya mərkəzinin rəhbəri Səfa Əs-Seylavi deyib: "Bu yarışlarda Bəsrə əyalətindəki Darul-Quran şöbəsinin tələbələri yüksək dərəcələr əldə ediblər.

Hər kateqoriya üzrə ilk üç nəfər İran İslam Cümhuriyyətində keçiriləcək Qadınlar üçün Beynəlxalq Quran Müsabiqəsində iştirak etmək üçün göndəriləcəklər.

İraqda qız tələbələr arasında keçirilən milli Quran müsabiqəsi başa çatıb

4062109

captcha