IQNA

"Mən Hüseyndənəm" 2022-ci il Ərbəininin şüarıdır

15:05 - June 14, 2022
Xəbər sayı: 3492404
Ərbəin qərargahının mədəniyyət komitəsinin rəhbəri elan edib ki, "Mən Hüseyndənəm" builki Ərbəinin şüarı seçilib.

İQNA-nın müxbirinin verdiyi məlumata görə, bu şüarın elanı və "2022-ci il Ərbəininin" afişasının nümayişi mərasimi, bazar ertəsi, iyunun 14-də Ali Məqamlı Rəhbərin Besəsində keçirilib.

Mərasimin əvvəlində Ərbəin Mədəniyyət Komitəsinin sədri Höccətül-islam Həmid Əhmədi builki Ərbəinin şüarı ilə bağlı İran və İraqda müxtəlif görüşlərin keçirilməsinə və təkliflərin toplanmasına toxunaraq deyib: "Ərbəin şüarının seçilməsi ilə bağlı vurğulanırdı ki, şüarın mətnində Seyidüş-Şühədanın (ə) adı mütləq olmalıdır. Şüar İmamların (ə) hədislərindən seçilməlidir. Mövcud qlobal vəziyyətə diqqət edib və Ərbəinin qloballaşması məsələsini hədəfləməlidir. Təkliflər toplandıqdan sonra qərara alındı ​​ki, builki şüar Rəsuli-əkrəmin (s) "Hüseyn məndəndir, mən də Hüseyndənəm" hədisinin bir parçası olsun.

O, qeyd edib ki, İmam Hüseynin (ə) adı bizim birliyimizin və qələbəmizin sirridir. Son illər Həzrət Peyğəmbərə (s) qarşı təhqirlərin şahidi olduğumuz üçün builki Ərbəin şüarı Məhəmməd Peyğəmbərin (s) "Mən Hüseyndənəm" hədisindən götürülüb.

4063879

Ad:
E-poçt:
* Comment:
* :