IQNA

Cihadın mənası

19:58 - June 17, 2022
Xəbər sayı: 3492416
İndiki dövrdə cihad sözünü eşidəndə müharibə, qan tökülməsi, qətllər yada düşür. Amma cihadın daha geniş mənası var. İnsanın əxlaqi xarakterinin mənəvi yüksəlişinə və yüksəldilməsinə səbəb olan əxlaq anlayışı var.

İslamda cihad ən çox səy göstərmək və hər şeyi var gücü ilə etmək deməkdir. Halbuki bu gün Quranda "cihad" sözünü islamofob motivlərlə sinonimləşdirərək döyüşmək və döyüş meydanına getmək və düşmənlə üz-üzə gəlmək kimi məna ediblər. Amma həqiqi mənada cihad əxlaqi və mənəvi məfhumdur. Məsələn, öz sərmayəsini və vaxtını başqalarına kömək etmək üçün istifadə edən kimsə bir növ cihad etmiş olur. Ümumiyyətlə, cihadı Allahın razılığı yolunda hərəkət hesab etməliyik.

İslamda "kiçik cihad" və "böyük cihad" kimi iki termin var. Kiçik cihad insanların həyatını xilas etmək, özünü müdafiə etmək və silahlı düşmənlə qarşılaşmaq üçün döyüşmək deməkdir. Kiçik cihad barədə Quranda belə buyurulur: " Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!". (Tövbə, ayə 111).

Amma Cihad Əkbərin (böyük) mənası, Həzrət Peyğəmbərin (s) əmrinə əsasən, nəfsani istəklərə qarşı mübarizə aparmaqdır. Çünki nəfs insanı həmişə çirkin işlərə dəvət edir, çirkinliyə və şəhvətə meyl edir. Yaxşı işləri etməkdə səhlənkarlıq edir. Arzuları uzundur, qiyamətin əzəmətini unudur. O, vəzifəni sevir və rahatlıq istəyir. Necə ki, Allah buyurmuşdur: "Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!". (Yusif, ayə 53).

Nəfslə cihad və ya böyük cihad İslam əxlaqında əxlaqı, düşüncələri və davranışları təmizləməyə çalışmaq, çirkin və xoşagəlməz daxili istəklərlə mübarizə və onlara qarşı çıxmaq mənasına gələn bir termindir. Quran və hədislərdə nəfslə cihad vurğulanır. Rəvayətlərdə nəfslə cihad cihaddan daha yüksək mərtəbədədir, dərəcələri və mərtəbələri vardır.

İslam dini nəfslə cihada təkid edir. Möminin daimi vəzifəsi hesab olunur. Cihadın çətinliyinə gəlincə, deyilir ki, insanlar adətən bir dəfə ölür. Amma kim nəfsilə cihad yolunda, şeytanla və öz nəfsi ilə vuruşarsa, gündə yetmiş dəfə ölür. İnsan nəfsinə qarşı daim mübarizə apardıqda ona sahib çıxa bilər.

 

Ad:
E-poçt:
* Comment:
* :