IQNA

İngiltərədə məscidə qarşı təhqiramiz hərəkət

18:33 - July 20, 2025
Xəbər sayı: 3498556
İQNA - İngiltərənin Şeffild şəhərində bir kişi irqçi və islamofob xarakterli bir neçə hadisədə Şeffild Mərkəzi Məscidinin girişinə siçan buraxmaqla təxribat törədib.

“İQNA”-nın “Əl-Ərəb fi Britaniya” veb saytına istinadla verdiyi xəbərə görə, Şeffild cəmiyyətini təəccübləndirən bu hadisədə 66 yaşlı bir kişi – Edmund Fovler – diri siçanı məscidin həyətinə buraxmaqla bu məkana qarşı bilərəkdən irqçi hücum edib və bu hərəkətini mobil telefonu ilə qeydə alıb.

Şeffild məhkəməsinin bildirdiyinə görə, müşahidə kameralarının görüntülərində Fovlerin qara rəngli Audi markalı avtomobilinin baqajından qəfəsdəki siçanı çıxarıb məscidin həyətinə buraxdığı açıq şəkildə görünür. Araşdırmalar göstərib ki, Fovler bu hərəkəti may və iyun ayları ərzində dörd dəfə təkrar edib və hər dəfə onu videoya çəkib. Həmçinin, o, məscidə daxil olan namaz qılanlara qarşı irqçi söyüşlər işlədib.

Polisə təqdim olunan şahid ifadələrində bir şəxsin avtomobilindən üç siçanı məscid yaxınlığında yerə buraxdığı qeyd olunub ki, bu da Fovlerin həbsinə səbəb olub. Məhkəmə bu şəxsin hərəkətlərini ciddi irqçi zorakılıq kimi qiymətləndirib.

Cinayət işi araşdırıldıqdan sonra məhkəmə Fovleri 18 həftəlik həbs cəzası (şərti olaraq 18 ay müddətinə təxirə salınmaqla), məscidə və şəhərin müəyyən bölgələrinə yaxınlaşma qadağası, 15 günlük reabilitasiya proqramında iştirak və 239 funt-sterlinq cərimə ilə cəzalandırıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Fovler cinayətini etiraf edib və hökm çıxarılıb, lakin onun bu irqçi hərəkətə motivasiyası hələ də məlum deyil.

Bu kimi cinayətlər təkcə müsəlmanların ləyaqətinə deyil, həm də İngiltərədə mövcud olan birgəyaşayış və qarşılıqlı hörmətə əsaslanan sosial struktura zərbə vurur. Belə hallarda yüngül cəzaların verilməsi, nifrət və irqçilik motivli cinayətlərə qarşı ciddiyə alınmadığı mesajını verə bilər.

Bu cür cinayətlərlə mübarizə, nifrət zəminində törədilən cinayətlərə qarşı daha sərt qanunların qəbulunu, eləcə də ictimai maarifləndirmə və bütün britaniyalıların müdafiəsi və ləyaqətinin qorunması üçün tədbirlərin görülməsini tələb edir.

4294992

captcha