IQNA

İslam ümməti Qəzzanı xilas etmək üçün cihada qalxsın

13:25 - July 22, 2025
Xəbər sayı: 3498569
İQNA -Müsəlman Alimlər Dünya Birliyi bəyanat yayaraq İslam hökumətlərini və müsəlman xalqları Qəzzaya yardım etmək və bu bölgədə mühasirəyə alınmış günahsız insanların xilası üçün fəaliyyətə keçməyə və cihada çağırıb.

“İQNA”-nın Müsəlman Alimlər Dünya Birliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu birliyin rəhbəri Şeyx Əli Muhyəddin Qara Daği dünən, bazar günü 20 iyul, Qəzza zolağındakı fələstinliləri dəstəkləyən bir bəyanat yayımlayaraq vurğulayıb ki, Qəzzadakı uşaqların, qadınların və kişilərin qanı İslam ümmətinin boynundadır.

Bəyanatın tam mətni belədir:

Bəli, Qəzzadakı uşaqların, qadınların və yaşlıların qanı bizim millətimizin də üzərindədir.

Onların xilası üçün hər növ cihad bizim dövlətlərimizə vacibdir.

Qəzzadakı aclığa son verin... Soyqırımı dərhal dayandırın.

Mən İslam ümmətinin dövlətlərindən və müsəlman xalqlarının imkanı olan bütün fərdlərindən xahiş edirəm ki, mühasirə və sistematik soyqırım altında can verən bu günahsız insanların xilası üçün hərtərəfli və hər cür vasitə ilə — mal ilə, can ilə, söz və əməl ilə — cihada qalxsınlar.

Bu gün Qəzzada baş verənlər sadəcə bir müharibə deyil, tammiqyaslı bir cinayətdir: tam mühasirə, sistemli aclıq və mülki insanların kütləvi şəkildə qətl edilməsi; o qədər ki, Qəzza yeməksiz, dərmansız və susuz bir zindana çevrilib.

Kim bu məzlum insanlara yardımda səhlənkarlıq edərsə, halbuki buna imkanı var, o, qardaşlıq əhdinə və dinə xəyanət etmiş sayılır və Allahın bu təhdidinə düçar olacaq:

«إِنَّ الَّذِینَ تَوَفَّفُونَ الْمَلائِکَةُ وَهُمْ ظَلَمُوا أَنفُسَهُمْ...»

(Yəni: Özlərinə zülm edənlərə mələklər canlarını alarkən deyərlər: "Siz nə vəziyyətdə idiniz?" Onlar cavab verərlər: "Biz yer üzündə aciz idik." Mələklər deyərlər: "Məgər Allahın torpağı geniş deyildimi ki, oradan hicrət edəydiniz?" Onların məkanı cəhənnəmdir. Ora necə də pis yerdir!) – Nisa surəsi, ayə 97.

Həmçinin Allah buyurur:

"Vəqifuhum, innəhum məsulun"

(Yəni: Onları saxlayın, çünki onlar məsuliyyət daşıyırlar!) – Saffat surəsi, ayə 24.

Bu, rüsvayçılıqla qalibiyyət, uğursuzluqla vəzifənin yerinə yetirilməsi arasında həlledici bir andır.

Bu gün Qəzza üçün hərəkət etməyən bir ümmət, əvvəlcə şəxsiyyətini, sonra isə mövqeyini itirəcəkdir.

Ey İslam ümməti!

İndi əlinizdə olan hər şeylə Qəzzaya kömək edin!

Çünki qan axıdılması gözləmir, aclıq və qıtlıq fürsət tanımır və canlar geri qaytarılmazdır.

Bazar günü — 25 Məhərrəm 1447 / 20 İyul 2025

Əli Muhyəddin Qara Daği, Müsəlman Alimlər Dünya Birliyinin rəhbəri

4295465

captcha