“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, “İslam Ümmətinin İdeallarını Müdafiə Komitəsi” adlı mərakeşli qeyri-hökumət təşkilatı, Qəzza zolağına dəstək vermək və İsrailin Suriyaya qarşı təcavüzünü pisləmək məqsədilə ölkənin müxtəlif şəhərlərində 95-dən çox aksiyanın keçirildiyini bildirib.
Bu QHT-nin yaydığı açıqlamada bildirilir ki, fəsil sakinləri, fələstinlilərin Qəzzadan köçürülməsi planlarını pisləmək üçün cümə günü 58 şəhərdə 95-dən çox etiraz aksiyası təşkil ediblər.
Etirazçılar Qəzzanın yenidən qurulması və humanitar yardımların çatdırılması çağırışı edərək, İsrailin Suriyaya qarşı təcavüzünü qınayıb və işğalçı rejimin ərəb və islam ölkələrinə qarşı təhdidedici siyasətlərini rədd etməyə çağırıblar.
İsrail ötən çərşənbə günü Şam şəhərindəki Baş Qərargah binası və prezident sarayı ətrafı da daxil olmaqla, Suriya ərazisində yerləşən dörd vilayəti hava hücumlarına məruz qoyub. Rejim, Dürzilərə dəstək bəhanəsi ilə Süveyda vilayətindəki son qarışıqlıqlardan istifadə edərək Suriyaya qarşı təcavüzünü artırmağa çalışıb.
İşğalçı rejim 2 martdan bu yana Qəzzaya aparan bütün sərhəd keçidlərini bağlayaraq ərzaq və tibbi yardımın keçməsinə mane olub. Bu isə əsas ərzaq məhsullarının qiymətinin kəskin artmasına və bazarda qıtlığa səbəb olub.
Qəzza Səhiyyə Nazirliyi cümə günü verdiyi açıqlamada ac insanların təcili yardım bölmələrinə müraciət etdiyini və yüzlərlə insanın aclıqdan ölmə riski ilə üz-üzə olduğunu bildirib.
Qıtlıq bölgə əhalisini ağır vəziyyətdə qoyub və çox sayda insanın həyatına son qoyub.
4295445