IQNA

Şarcə Quran Assambleyasında muzey açılıb

9:39 - July 06, 2022
Xəbər sayı: 3492512
BƏƏ-nin Şarcə Qurani-Kərim Assambleyası Şarcə əmirinin yeni hədiyyələrini, o cümlədən nadir Quranlar kolleksiyasını nümayiş etdirmək üçün muzey açıb.

"İQNA", BƏƏ Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu Assambleya Şarcə Ali Şurasının üzvü, bu şəhərin hökmdarı və əmiri Sultan ibn Məhəmməd Əl-Qasimin yeni hədiyyələrini nümayiş etdirmək üçün bir muzey ayırmışdır.

Şarcə hökmdarı bu yaxınlarda bu muzeydə camaata və ziyarətçilərə nümayiş etdiriləcək nadir tarixi Quran kolleksiyasını bu Assambleyaya bağışlayıb.

Şarcə Qurani-Kərim Assambleyasının baş katibi Şirzad Əbdür-Rəhman Tahir bununla bağlı deyib ki, bu muzeyin fəaliyyətə başlaması ilə ziyarətçilər nadir tarixi Quranların xüsusi muzeyində Şarcə hökmdarının yeni bağışladığı əşyaları görmək imkanı əldə edəcəklər.

4068645

captcha