IQNA

Məscidlər Misirdə Quran qərargahıdır

7:27 - July 07, 2022
Xəbər sayı: 3492520
Bu günlərdə Misirin müxtəlif şəhərlərinin məscidlərində maraqlananlar üçün Quranla üns məclisləri keçirilir. İnsanlar bu məclislərdə fəal iştirak edirlər.

"İQNA", "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, bu Quran məclisləri Misirin Vəqflər Nazirliyi tərəfindən Qurani-Kərimin qiraəti, ayələrin üzərində təfəkkür və mənalarını dərk etmək məqsədilə təşkil edilir. Bu məclislər geniş ictimaiyyət üçün nəzərdə tutulub.

Misir Vəqflər Nazirliyi bütün Misirdə böyük məscidlərdə xalq üçün 2 min 496 Quran qiraəti məclisi təşkil edib. Bu məclislər müxtəlif yaş qrupları uşaq, yeniyetmə və böyüklər tərəfindən rəğbətlə qarşılanıb.

Misir məscidlərinin imamları bu məclislərdə iştirak edib və Quran məclisləri yaradaraq iştirakçılarla birlikdə Qurani-Kərimi oxuyub, ayələrin mənaları üzərində fikirləşirlər.

4068764

captcha