"İQNA", xəbər verir ki, Höccətül-islam Muhəmməd Hacı Əbul-Qasim Dolabi Allaha şükür etməyin nəticəsi haqqında danışıb ki, onu diqqətinizə çatdırırıq:
Əgər kimsə "Əl-həmdu lillahi rabbil-aləmin" ifadəsini desə, Rəbbinə şükür etmiş olur. Şükür Allaha şükür etməklə yanaşı, Allahın əmr etdiyi şəkildə bədən üzvlərindən istifadə etmək üçün Allahın haram etdiyi şeylərdən çəkinməkdir. Allaha şükür etməyin artması ilahi nemətləri artırır: "Əgər şükür etsəniz sizə mütləq artıraram" (İbrahim, 7). Eyni zamanda Allaha şükür həyatda təhlükəsizliyi və mənəviyyatı artırır.
"Əl-həmdu lillahi rabbil-aləmin" cümləsi ilə başlayan "Həmd" surəsində Allahın adına təvəkkül edib Ondan kömək istəməkdən sonra Rəbbin həmd-sənası vurğulanır. Çünki Allahın adı və Rəbbi mədh etməklə başlayan söz və hərəkətlərdə qürurun heç bir yolu yoxdur. Həmçinin insan eqoizmə və günaha cəlb olunmur.
Allah-Təalaya şükür etməklə yanaşı, Allahın bəndələrinə də təşəkkür etmək nemətlərin çoxalmasına səbəb olur. Çünki insanlara və Allahın bəndələrinə təşəkkür etmək qürur və təkəbbürdən uzaqlaşdırır. Beləliklə, insanla Allah arasındakı əlaqə daha da kamilləşir. Həm xaliqə, həm də məxluqa şükür edir.
Allah şükür edənlərin məqamını da ən üstün və ən yüksək məqam etmişdir. Bu məqam "Yunis" surəsinin 10-cu ayəsində belə vəsf olunur: "Onların oradakı duaları "Allahım Sən paksan"dır, oradakı salamları "salam"dır və bütün dualarının sonu "həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur" deməkdir".
3979976