IQNA

Papa katolik kilsənin cinayətlərinə görə üzr istədi

15:54 - July 27, 2022
Xəbər sayı: 3492621
Roma papası Fransisk katolik kilsənin qəddar münasibətinə və onların məcburi mədəni assimilyasiyasına görə yerli xalqlardan üzr istəyib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam.az-a istinadla xəbər verir ki, dünya katoliklərinin lideri Kanada üzrə 1 həftəlik turnedədir. Əsas məqsəd isə daha öncə onu Vatikanda ziyarət edən yerli xalqların nümayəndələrinə verdiyi vəddir: sözügedən görüşdə pontifik ilkin üzrxahlıq ifadə edərək cavab səfərində bunu bir daha təsdiqləyəcəyini demişdi.

Qeyd edək ki, 1881-1996-cı illər ərzində yerli xalqlardan 150 mindən çox uşaq ailələrindən məcburi ayrı salınaraq internat məktəblərə göndəriliblər. Onlardan bir çoxları fiziki və cinsi zorakılığa məruz qalıblar. Haqqın bərqərar edilməsi üzrə Kanada komissiyası sonradan bu baş verənləri “mədəni soyqırımı” adlandırıb.

captcha