IQNA

Quranda evliliyin dəyəri və ailə qurmağın əhəmiyyəti

23:41 - August 04, 2022
Xəbər sayı: 3492671
İnsanın ən mühüm həyati ehtiyaclarından biri də insanın aramlığını təmin edən evlilikdir. Qurani-Kərim onun müxtəlif sahələri ilə bağlı ətraflı mövzular bəyan etmişdir.

Evlənmək və ailə qurmaq ər-arvad arasında Allahın əta etdiyi fitrətə və Uca Allahın əmrinə əsaslanan müqəddəs və ilahi bir əhd-peymandır. Necə ki, O buyurur: “Sudan insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Allahın hər şeyə qadirdir”. (Furqan, 54).

Evlilik və ailənin qurulmasında cinsi, emosional və psixoloji ehtiyaclar iştirak etsə də, evlilik bir növ ruhi və şəxsiyyət inkişafıdır. Yəni şəxsiyyətin tərifində dediyimiz kimi, şəxsiyyət insanın sifət və xüsusiyyətlərinin məcmusudur. Əslində o mühüm sifət və xüsusiyyətlərdən biri də evlilikdir.

Evliliyin ən gözəl təfsiri Qurani-Kərimdə Uca Allah tərəfindən verilmişdir və burada buyurur:

“Onların yanında aramlıq tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda dostluq və mehr-məhəbbət yaratması onun nişanələrindəndir,  həqiqətən, bunda düşünən bir qövm üçün nişanələr vardır” (Rum, 21).

Başlanğıcda ortaq həyat çox vaxt cinsi istəkdən qaynaqlanır. Lakin bununla da dayanmır və tədricən ikisi arasında bir növ dərin mənəvi və emosional, iqtisadi və sosial əlaqəyə gətirib çıxarır ki, bu da nikah və ya evlilik birliyi kimi şərh olunur.

Buna görə də kişi və qadının öz aralarında bir bağlılıq yaratmaq qəlbi istək duyğusundan irəli gəlir ki, nikah müqaviləsi bağlanır.

Bu razılaşma insan həyatında xüsusi əhəmiyyət kəsb edir. Çünki o, iki insanın varlığını bir çox cəhətdən əlaqələndirir və insan körpəsinin həyatının ilk mühitini qurur. Bu yolla onun gələcəkdə bədəninə, ruhuna, düşüncə və hərəkətlərinə təsir göstərir. Bu səbəbdən də müxtəlif xalqlar arasında bağlanan nikah müqaviləsi müqəddəs sayılır və müxtəlif hüquq sistemlərində ona xüsusi diqqət yetirilir.

Əsasən, evlilik heç bir əlaqəsi olmayan iki insan arasında sevgi və məhəbbət yaratmaq, bir-birinə dost və qəm yoldaşı olmaq vəzifəsini daşıyır. Onlar əzab və sıxıntılar qarşısında bir-birlərinə dəstək olurlar. Həyatlarını möhkəm sistemin qaydaları əsasında təşkil edirlər. Həmçinin bir-birinin köməyi ilə özünün və cəmiyyətin inkişafı üçün zəmin yaradırlar.

Evlilik bir şəxsiyyətin digərinin istəklərini yerinə yetirmək üçün müstəqilliyini pozulması deyil, hər bir ər və arvadın qarşılıqlı əməkdaşlıq üçün müstəqilliyinin nisbi şəkildə qorunub saxlanılması ilə iki şəxsiyyətin evlənməsidir.

captcha