IQNA

İmam Hüseyn (ə) əzadarlarının ağacəkmə kampaniyasına start verilib

18:18 - August 07, 2022
Xəbər sayı: 3492688
Bəhreyndə Hüseyni əzadarları tərəfindən ağacəkmə mərasiminin həyata keçirilməsi üçün “Aşura, əkin mövsümü” adlı kampaniya həyata keçirilir.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Şimali Bəhreyn bələdiyyəsi məlumat yayıb ki, cəmiyyətin iştirakını gücləndirmək, ekoloji dəyərlərin gücləndirilməsi haqqında ictimaiyyəti məlumatlandırmaq və onları ağacəkmədə iştirak etməyə həvəsləndirmək məqsədi ilə Aşura əzadarlarının 13-cü ağacəkmə kampaniyasına start verilib.

Şimali Bəhreyn Bələdiyyəsi bildirib ki, bu Aşura kampaniyası “Aşura, əkin mövsümü” şüarı ilə başlayıb. Xüsusi işçi qrupu məhərrəmlik əzadarlıq mərasiminə göndərilərək sözügedən layihənin icrasını öz üzərinə götürüb.

4076551

Ad:
E-poçt:
* Comment:
captcha