IQNA

8:18 - August 10, 2022
Xəbər sayı: 3492701

Nigeriyada İmam Hüseynə (ə) əzadarlıq edən 6 nəfər şəhid edilib

Nigeriyanın Zariya şəhərində şiələrin əzadarlıq mərasiminə Nigeriya polis qüvvələrinin hücumu ən azı 6 Hüseynçi əzadarın şəhid olmasına səbəb olub.

Nigeriyada İmam Hüseynə (ə) əzadarlıq edən 6 nəfər şəhid edilib

"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, Nigeriya növbəti dəfə İmam Hüseynin (ə) şəhadətinin ildönümündə İmam Hüseyn (ə) əzadarlarına qarşı qanlı hücumun şahidi olub.

Nigeriya polis qüvvələri Zariya şəhərində İmam Hüseyn (ə) əzadarlarının toplaşdığı yerə həqiqi güllələr və qaz bombaları ilə hücum edib. Nəticədə Şeyx Zəkzakinin bacısı oğlanlarından biri də daxil olmaqla azı 6 nəfər şəhid olub və onlarla insan yaralanıb.

Zariya şəhəri Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin doğulduğu yerdir.

Bu Məhərrəmlikdə Nigeriya şiələri 300-dən çox şəhər və kənddə İmam Hüseynin (ə) şəhadəti ilə bağlı əzadarlıq mərasimləri və yürüşlər keçiriblər.

4077067

captcha