IQNA

İnsanı cəhənnəmə aparan altı cinayət

19:26 - August 15, 2022
Xəbər sayı: 3492727
Məhəmməd Əli Ənsari “Qaf” surəsinin ayələrini şərh edərkən bu surədə qeyd olunan və insanı cəhənnəm əzabına layiq edən altı cinayətə işarə etmişdir.

"İQNA", xəbər verir ki, Qurani-Kərimin təfsirçisi Məhəmməd Əli Ənsari Qurani-Kərimin təfsirində "Qaf" surəsini müzakirə edib ki, xülasəsini aşağıda oxuya bilərsiniz:

Allah bu surədə insanların keçdiyi bütün mərhələləri açıqlamışdır. O, dünyadan və ölüm məsələsindən başlayıb, sonra Bərzəx və ya qəbir aləmi adlı aləmi, qiyamətə giriş və qiyamətdə mövcud olmağın keyfiyyətini vəsf etmişdir. Sonrakı ayədə buyurur: "      Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: Bu yanımdakı (Cəhənnəm üçün) hazırdır!" (Qaf, 23).

Bu zaman bütün əməlləri qeyd olunmuş əməl dəftəri təqdim edilir və hökm çıxarılmağa hazırdır. Uca Allah da onun barədə hökm verir. Burada insanlar üçün cəhənnəm hüququ yaradan altı cinayət ünvanı var.

Birincisi budur ki, orada deyilir: “Hər təkəbbürlü və inadkar kafiri cəhənnəmə atın” (Qaf, 24). “Kafirlər” küfrün zirvəsində olan və bütün küfr vadilərindən keçmiş və geridə heç bir şey qoymayanlar deməkdir. Kafirlər bütün nəzəri və əməli sahələrdə kafir oldular. Kafirlər küfrdə israr edirlər.

İkinci ünvan müzakirəni tamamlayan “Ənid” sözüdür. Bəzən inadkarlıqdan və düşmənçilikdən küfr yaranır. Yəni haqqı görsə yenə də onu qəbul etmir.

Üçüncü ünvanda deyilir: "Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni!” (Qaf, 25). “Mənnaul-xeyr” çoxlu yaxşılığın qarşısını alan deməkdir. İnsanları cəhənnəmlik edən üçüncü cinayətin adı yaxşılığa ciddi şəkildə mane olmaqdır. Uca Allah insanları Allah yolundan döndərməyə çalışanlardan bəhs edir. Əgər insan Allaha bəndəlik yolu ilə getməzsə, yaradılışın məqsədinə çatmaz. Ona görə də insanları bu yoldan dayandırmaq bağışlanmaz cinayətdir.

Tarixdə “mənnaul-xeyr”in iki nümunəsi

Onlar ilk gündən insanların iman gətirməsinə mane olan, onların İslam dininə daxil olmasının qarşısını almaq üçün bütün güc, var-dövlət və hiylədən istifadə edən bir qrup idilər. Bu, ilk addım idi. Tarix boyu bu üsul davam etmişdir. Bizim dövrümüzdə hər gün nə qədər pul xərclənir ki, insanlar bu dinə doğru gəlməsinlər. İkinci yol isə bu idi ki, insanlar müsəlman olsalar, onların İslam həqiqətinə əməl etmələrinə maneələr yaradsınlar. Yəni kimsə iman da gətirsə, dinə əməl etməsin.

Müqəddəs ayədən istifadə etdiyimiz əxlaqi mətləb ondan ibarətdir ki, məsumlar iki xüsusiyyəti açıq şəkildə qeyd etmişlər: Birinci məqam odur ki, bəzən xeyriyyəçilik üçün sərmayəmiz və sərvətimiz yoxdur, amma Allah bizə dil və ləyaqət verib. Belə insanlar başqalarını yaxşılığa yönəldirlər. Bunun əksi odur ki, insan yaxşı bir iş görmək istəyir, amma kimsə yaxşılığa mane olur. Bu məsələ bizə yad deyil. Həmçinin həyatın bəzi sahələrində bu barədə ətrafımızdakı insanlardan eşitmişik. Məsumun dediyi kimi, yaxşılığa aparan, yaxşılıq edənlə eynidir.

Şəkk və "reyb" kəlməsinin fərqi

Dördüncü ünvan həddin aşan mənasına olan "mutəd " kəlməsidir. Nədə həddi aşmaq? İki məsələdə: Birincisi, ilahi hədlər. İkincisi isə Allah bəndələrinin haqqının tapdalanmasıdır.

Beşinci cinayətin adı “Murib”dir. Murib "reyb" kəlməsindən gəlir. "Reyb" isə şübhə mənasınadır. Əgər insan şübhəsinin kökü həqiqət axtarmaqlıqdırsa, bu, insanı haqqa yönəltmək şərti ilə müsbət qarşılanır. Ancaq "Reyb" həqiqət axtarmaq və agahlıqla deyil, böhtan və məhv etməklə birlikdə olan şübhədir.

Altıncı ünvan: "O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi" (Qaf, 26). Beləliklə, altı cinayət ünvanı qeyd olundu. Sonda Allah buyurur: "... Atın onu şiddətli əzabın içinə!" (Quran, 26).

4077252

Ad:
E-poçt:
* Comment:
captcha