IQNA

Misirdə qadınlar üçün dörd Quran məclisi təşkil edilib

9:47 - August 20, 2022
Xəbər sayı: 3492754
Misirin Vəqflər Nazirliyi ilk dəfə olaraq bu ölkənin dörd vilayətində qadın qarilər üçün dörd Quran məclisi təşkil etdiyini açıqlayıb.

"İQNA", "Əl-əhram"-a istinadən xəbər verir ki, Misirin Vəqf Naziri Məhəmməd Muxtar Cümə bu ölkənin dörd Şərqiyyə, Qərbiyyə, Menofiyyə və İsgəndəriyyə vilayətində qadınlar üçün xüsusi Quran məclisləri yaradıldığını açıqlayıb.

Xətiblərin, hafizlərin və Qurani-Kərim müəllimlərinin iştirak edəcəyi bu Quran məclisləri hər həftənin şənbə günü axşam namazından sonra qadınların ibadət otaqlarında keçiriləcək.

Misirin vəqflər naziri bu hərəkəti nazirliyin Qurani-Kərimə və Quran fəallarına diqqət yetirməsi, eləcə də qadınların cəmiyyətdəki rolunun artırılması istiqamətində görülən işlərin bir hissəsi kimi qiymətləndirib.

Misirin Vəqflər Nazirliyi Qahirə və Misirin digər əyalətlərində qadınlar üçün bir neçə başqa Quran məclislərinin təşkili üçün hazırlıqların davam etdiyini bildirib.

4078723

captcha