Universitet ustadı Meysəm Sədaqətzadə Beynəlxalq Ailə və Ruhani Tərbiyə Konfransından qabaqkı iclasda “Ailənin formalaşmasında və mükəmməlliyində Şəhid Mütəhhərinin (Rəh) fitrət nəzəriyyəsinə yenidən baxış” mövzusunda çıxış edib ki, onu aşağıda oxuyacaqsınız:
Ailə adlı bir varlıq dedikdə, tanınmalı olan ailəni ömrünün əvvəlindən sonuna kimi nəzərdə tuturuq. Şəhid Mütəhhəri insanın xüsusiyyətlərini vəsf edərkən Quranın insanın torpaqdan yaradıldığı ibarətinə işarə edir. Yəni insanın varlığının formalaşması materiya aləmindən olub. Buna görə də insan öz varlığına varlığın ən aşağı pilləsindən başlayıb. Fiziki inkişafla yanaşı, nəzəri rasionallıq və əməli iradə də daxil olmaqla insani xüsusiyyətlərə yiyələnir. Odur ki, insanın heyvandan fərqi ondadır ki, onun ağıl və iradəsi var. Amma döl olanda ağlı və iradəsi yox idi. Ancaq yavaş-yavaş insanlıq səviyyəsinə çatıb.
Fitrət nəzəriyyəsində insanın mövqeyi
Şəhid Mütəhhərinin fitrət nəzəriyyəsi bizə bildirir ki, insan hərəkət edən bir məxluqdur. Onun hərəkəti varlığın ən aşağı mərtəbəsindən kamala doğru gedir. Onun kamala doğru hərəkəti sonsuzdur. Buna görə də Quran buyurur: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dinin islam olduğunu) bilməz” (Rum, 30).
Şəhid Mütəhhəri fitrəti izah edərkən deyir ki, fitrət insanın yaradılış forması deməkdir. Fitrətin ikinci mənası insanın heyvani mərtəbəsindən üstün olan insani mərtəbədsidir. Biz heyvani mərtəbəni instinkti adlandıra bilərik. Bundan da aşağı səviyyədə təbiət var. At kimi məxluq heyvani mərtəbəyə yetişəndə atın instinkti, təbiəti belədir deyirik. Biz insanın insani sahəsi olan daha yüksək mərtəbəyə çatanda instinkt əvəzinə fitrətdən danışırıq. Şəhid Mütəhhəri fitri meyllər dedikdə isə insanın insani mərtəbəsini nəzərdə tutur. Şəhid Mütəhhəri bəzən dörd, beş və altı fitri meylləri tanıtdırır ki, bunların arasında həqiqət axtarışı, yenilik və yaradıcılıq, eşq və ibadət, gözəlliyi sevmək və əxlaqi fəzilət var. Baxmayaraq ki, ağrını başqa yerdə insanlıq meyarı kimi təqdim edir.
İnsan varlığı və onun necə formalaşdığı haqqında dediyimiz sözü ailə haqqında da deyə bilərik. Cəmiyyət həqiqi varlıqdır. Əllamə Təbatəbai bu kontekstdə dəlil kimi Quranın bir neçə ayəsinə istinad edi.
Həqiqilik fərdlə, yoxsa cəmiyyətlə bağlıdır?
Şəhid Mütəhhəri hesab edir ki, həm fərdin, həm də cəmiyyətin mövcudluğu və həqiqiliyi var. Yəni cəmiyyət adlı bir varlıq yaranır və insanların tək ruhları ortaq bir həqiqətə bağlanaraq bir-biri ilə birləşə bilir. Şəhid Mütəhhəri deyir ki, qadın hüquq sistemində yaranan bütün mübahisələrin kökü ondadır ki, biz fərd və cəmiyyət orijinallığı arasında ilişib qalmışıq. Əgər biz fərdlə cəmiyyət arasında bir ara institut tanımasaq, qadın və qadın haqqında mövcud olan suallara cavab verə bilmərik. O da ailə institutudur ki, fərdlə cəmiyyət arasındakı bir həqiqətdir.
Şəhid Mütəhhəriyə görə, qərblilər ailəni unutduqları üçün sivilizasiyanın inkişafında problemlərlə qarşılaşıblar. Çünki ailələrdir ki, cəmiyyət qurur. Həmçinin cəmiyyətin hüceyrələri fərdlər deyil, ailələrdir. Ona görə də bunu görməzdən gəlmək olmaz. Cəmiyyətin varlığını sübut etmək üçün istifadə etdiyimiz arqumentdən ailə üçün də istifadə etməliyik. Ona görə də hesab edirik ki, insanlar cəmiyyətdən əvvəl ailədə bir-biri ilə mənəvi əlaqə qurur. İnsan təbiəti elədir ki, ailədə doğulur, böyüyür və başqa bir ailə təşkil edir.
4078445