IQNA

İraqda ilk Quran xəttatlığı müsabiqəsi keçiriləcək

11:04 - August 25, 2022
Xəbər sayı: 3492796
Astan Abbasi Quran Elmi Forumuna bağlı Quran Çap Mərkəzi “Səqəleyn mükafatı” adı ilə ilk Quran xəttatlığı müsabiqəsinin keçiriləcəyini bildirib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Bu müsabiqə Quranın bütövlükdə nəsx xətti ilə yazılması üçün keçirilir. Sonda iştirak etmək üçün 10 iraqlı xəttat seçiləcək və onların hər biri Quranın üç cüzünü xəttatlıq edəcək.

"Ali-İmran" surəsinin 104-cü ayəsinin və "Təhrim" surəsinin 8-ci ayəsinin iki millimetrdən çox olmayan qələmlə və 30x40 sm ölçülü vərəqə qara mürəkkəblə və nəsx xətti ilə yazılması bu müsabiqədə iştirak etmək şərtlərindən biridir. İştirak etmək üçün son tarix Səfər ayının 10-dur.

Birinci yeri tutan şəxsə 5 milyon İraq dinarı mükafat veriləcək. Sonda Quran xəttatlığı üçün seçiləcək digər iştirakçılar isə üç milyon 500 İraq dinarı alacaqlar.

4080561

captcha