Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Səhərtv-yə istinadla xəbər verir ki, Əbtan Məhəmməd Əlmuttələk Əşşəbli Ərbəin ziyarəti üzrə mərkəzin özəl planını elan və bəyan edibdir ki, bu planda təhlükəsizlik qüvvələrinin müxtəlif bölmələri iştirak edəcəklər.
Əşşəbli sonra belə deyib: Ərbəin planı Kərbəla vilayətinə çıxan yol boyunca mövcud olan bütün Hüseyni xidmət dayanacaqları üçün lazımi təhlükəsizliyin təmini və xaricdən ölkəyə daxil olan zəvvarların mühafizəsinə şamil olur.
İraqın Divaniyyə vilayətinin polis rəisi daha sonra söyləyib: Bu plan zəvvarların əl ilə təftiş edilmələri, polis itlərindən istifadə, qadınların təftişi üzrə özəl kiçik otaqların quraşdırılması və Kərbəlaya çıxan yollar boyunca təhlükəsizlik qruplarının yerləşdirilmələrinə şamil olur.