IQNA

Əbdül-Basitin xatirəsini canlandıran misirli qari

10:02 - August 27, 2022
Xəbər sayı: 3492804
Şeyx Məhəmmədi Bəhiri Əbdül-Fəttah, Əbdül-Basit Məhəmməd Əbdül Səmədlə eyni dövrün misirli qiraətçilərindən biridir. Onun qiraətlərini dinləmək bu ölkədə Ustad Əbdül-Basitin və qiraətin qızıl dövrünün böyük qiraətçilərinin xatirəsini canlandırır.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Şeyx Məhəmmədi Bəhiri Əbdül-Fəttah Misirin "Əl-Mehvər" peyk kanalının "90 dəqiqə" proqramı ilə telefon danışığında deyib: "Qiraət edərkən təcvid və qiraət qaydalarına yaxşı əməl etməyə çalışıram. Çünki məncə, Quranın düzgün qiraətinin əsas meyarı təcvid qaydalarına riayət etməkdir".

O, sözlərini belə davam etdirib: "Mən qiraətə 15 yaşım olanda başlamışam. Şeyx Əbdül-Basit Əbdüs-Səməd, Əbul-Eyneyn Şueyşə, Məhəmməd Əli Əl-Bənna, Mustafa İsmayıl və Menşavi ilə eyni dövrdə olmuşam. Mən onlardan çox şey öyrənmişəm".

4080234

captcha