Mərvi elmi hövzəsinin müdiri və əxlaq ustadlarından Ayətullah Məhəmməd Baqir Təhriri əxlaq dərsi zamanı İmam Sadiqin (ə) əxlaqi xütbələrinə istinad edərək bəzi məsələlərə toxunub ki, onu aşağıda oxuyacaqsınız:
İmam Sadiqin (ə) maarifləndirici xütbələri bizi gündəlik və dünya həyatında müxtəlif əxlaqi və emosional məsələlərdən xəbərdar edir ki, müxtəlif təbəqələrlə rəftarımızdada əxlaqi və mənəvi sıxıntılara düşməyək. Çünki insan adətən giriftar olur. Şirin yaşamaq və o biri dünyada xoşbəxt həyata zəmin hazırlamaq üçün hansı reaksiyanı göstərməli olduğuna diqqət yetirməlidir.
Başqalarının səhvlərini bağışlamaq
Dünya həyatı sıxıntısız deyil və bu məhdud çətinliklərə dözsək, mütləq sonsuz rahatlığa çatarıq. Cənnət və əbədi səadətin əməli və mənəvi sıxıntıları ehtiva edən çətinliklərə dözmək ilə müşayiət olunduğunu söylədilər Əməli məşəqqətlər isə mənəvi sıxıntılara dözməklə bağlıdır və ruh onlarla birlikdə böyüyür.
Həzrət (ə) bəzi şeyləri zikr edir. Bu fəzilətə çatır və buyurur ki, sənə zülm edəni bağışla. Təbii ki, insan ictimai münasibətlərdə başqalarının haqlarını pozmaqdan sığortalaqnmayıb. Bu məsələ bizim öz vəzifələrimizi bilməməyimizdən və ya o fəzilətlərə etinasız yanaşmağımızdan qaynaqlanır. Təəssüf doğuran üçüncü şey isə budur ki, elmi və agahlığı olan şəxs başqaları ilə münasibətdə öz vəzifələrinə riayət etmək istəməyib, onların haqlarını pozur.
İnsanın kamilliyi həm ağıldan həm də şəriət hökmlərindən istifadə etməklə bu hədləri dərk etməkdir. Onun fitrəti və ağılı ona diktə edir ki, hər kəsin başqaları qarşısında vəzifəsi var. İnsan əsasən ailə mühitindən başlayır, sonra başqaları ilə ünsiyyətə girir.
İmam Səccad (ə) “hüquq risaləsində” əsas sayılan 51 haqqı bəyan edir. Biz bunlardan xəbərdar olduqdan sonra ilk növbədə həmin zəruri hədlərə və hüquqlara riayət etməyə çalışmalıyıq. Çünki bizim bir sıra zəruri hüquqlarımız var ki, onları öhdəlik adlandırırıq və onları pozmaq haram sayılır. Lakin bir sıra hüquqlar da tövsiyə və əxlaqi xarakter daşıyır. İnsan kamillik yolunda olmaq istəyirsə, bu hüquqlardan xəbərdar olmalı və onları yerinə yetirməyi özünə borc bilməlidir. İnsanın nəfsi təbii olaraq həddi aşmaq istədiyi üçün, xüsusən də intellektual və ya maliyyə və ya maddi kapital mərhələsinə çatdıqda üsyan etməyi xoşlayır.
İnsanın sərvət və gücə çatdıqdan sonra üsyanı
İnsan var-dövlətdə ehtiyacsız olduqda tüğyan edir. Bu zərərlərə diqqət yetirməlidir. Həddin aşmağın kənarında özünübəyənmə tüğyana daha çox zəmin yaradır.
Bəzən bu azğınlıqlar məlumatsızlıq, bəzən də qəflət ucbatından baş verir. İnsanlar qəflətdən çəkinməlidirlər. Çünki onların bir çoxu insanın ixtyarındadır. Əgər insan öz səhvlərinə və xətalarına haqq qazandırmaqda qəflət kimi bəhanələr gətirərsə, ondan dünya işlərinə necə diqqət yetirdiyi, ancaq dini vəzifələrə etinasızlıq göstərdiyi soruşulacaq.
Bəzən sosial münasibətlərdə bu azğınlıqlar olur. Bəs vəzifə nədir? Birincisi, maariflənmək, ikincisi, tətbiq etmək lazımdır. Üçüncüsü, insan başqalarına qarşı zülm edə bilər. Bu zaman vəzifə nədir? Zülm olunan şəxs də zülm etməlidir? Bu halda daş, daş üstə qalmaz. İmam Sadiq (ə) buyurur ki, əgər əlaqələr qırılarsa, bir şəxs bu əlaqəni qursun. Biri imtina etsə, o birisi ona əta etsin. Hədislərə əsasən, kamillik ilk addımı atan üçün daha çox olur. Çünki ilk yaxşılıq edən ilk öncə nəfsi ilə vuruşmuşdur.
3982985