Tədqiqatçı və fəlsəfə müəllimi Əli Məhcur, fəlsəfə ilə Quranın ümumi cəhətlərini ifadə etmişdir ki, onu aşağıda oxuyacağınız:
Fəlsəfəni məzmun mənasında yox, iş mənasında götürsək və desək ki, fəlsəfə bizim dünya və insan haqqında düşünmək, təfəkkür etmək işi ilə məşğul olduğumuz fəaliyyətin adıdır, görəcəyik ki, Quran da eyni düşünməyi və təfəkkür etməyi tövsiyə edir. Əlbəttə, Quran sizi bu düşüncənin nəticəsində imana çatdırmağa çalışır. Amma Quranın hansı məqsəd güdməsindən asılı olmayaraq, Quranda düşüncə tərzi və düşüncə vasitələri də önəmlidir.
Qurani-Kərimin bir çox ayələrində düşünməyə tövsiyələr var. İnsanları dünya və özləri haqqında düşünməyə çağırır. Həmçinin, əgər fəlsəfəni həqiqəti kəşf etmək cəhdi hesab edirsinizsə, Quran yenə də sizə haqqı axtarmağı və haqqa hörmət etməyi tövsiyə edir. Əsasən, küfrün mənası dindarlar arasında məşhur olanın əksinə olaraq dinsizlik deyil. Bir əqidə və ya təklifin doğruluğundan xəbərdar olmaq və eyni zamanda onu inkar etmək və qəbul etməmək deməkdir.
“Bəqərə” surəsinin 89-cu ayəsində açıq-aydın bildirilir ki, küfrün mənası odur ki, kimsə bir işin doğruluğuna yaxşı dəlili olsa da, qərəz üzündən və ya mənafeyi risk altında olduğu üçün onu qəbul etmir və onu inkar edir: "Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir" (Bəqərə, 89).
Əgər fəlsəfəni ağlabatan nəticəyə gəlmək üçün düşünmə və dialoq yolu hesab edirsinizsə, Quran bunu tövsiyə etmişdir. “Nəhl” surəsinin 125-ci ayəsi bu məsələdə dünyaca məşhurdur ki, o, peyğəmbərə hikmət, gözəl təbliğ və ən gözəl söhbət yolu ilə insanları Allah yoluna dəvət etməyi tövsiyə edir: " (Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mücadilə et. Həqiqətən, sənin Rəbbin yolundan azanları (ən yaxşı) bilən, doğru yolda olanları da (ən yaxşı) tanıyandır! (Nəhl, 125).
Həmçinin, Quranın bizi düşünməyə dəvət etdiyi mövzuların çoxu filosofların məşğul olduğu mövzularla üst-üstə düşür. Metafizika, Tanrı və varlığın mənşəyi, kosmologiya, insanşünaslıq, varlığın məqsədi, əxlaq, həyatın mənası, təbiət və estetika.
4074459