IQNA

Quranda mələklərin xüsusiyyətləri

11:57 - September 25, 2022
Xəbər sayı: 3492976
Mələklər dünya və axirətdə Allahın əmrlərini yerinə yetirməkdən məsul olan qeyri-maddi varlıqlardır. Onların hər birinin vəzifəsi var. Allah onları özü ilə maddi dünya və insanlar arasında əlaqə üçün yaratmışdır.

Mələklər məsələsi digər dinlərdə və bütün tarixi dövrlərdə bəhs edilən və həmişə sənətdə öz əksini tapmış məsələlərdəndir. İslamda mələklərin digər dinlərdən fərqli xüsusiyyətləri vardır ki, onlardan bəziləri burada qeyd olunur.

Qurani-Kərimdə mələklər haqqında müxtəlif məqamlar və xüsusiyyətlər bəyan edilmişdir. Çoxlu mələklər arasında Qurani-Kərimdə yalnız “Cəbrail” və “Mikayıl”ın adları çəkilmiş, digər mələklər haqqında isə onların sifət və xüsusiyyətləri bildirilmişdir; “Mələkul-məvt”, əməlləri yazan əziz yazarlar, yüksək rütbəli, ləyaqətli və nəzarətçi yaxın səfirlər kimi.

Quran ayələrinə və rəvayətlərə əsasən mələklərin xüsusiyyətləri vardır ki, onlardan bəziləri qeyd olunur:

1_ Onlar əziz və hörmətli varlıqlardır və Allahla maddi dünya arasında vasitəçidirlər və baş verən hər bir hadisədə rol oynayırlar, lakin heç vaxt Allahın əmrindən çıxmazlar: "(Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər" (Ənbiya, 27).

2_ Allahın verdiyi əmrə asi olmazlar, çünki onlar müstəqil iradə sahibi olan varlıqlar deyillər: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir” (Təhrim, 6).

3_ Mələklərin sayı çox olsa da, onların hər birinin müəyyən məqamı var və bəziləri daha yüksək, bəziləri isə aşağıdır: "(Cəbrail Peyğəmbərə (s) belə dedi:) “Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri (məqamı) olmasın!" (Saffat, 164).

4_ Onlar Allahın əmri və iradəsi ilə hərəkət etdikləri üçün heç vaxt uğursuzluğa düçar olmadılar və Allahın iradəsi həmişə qalib gəlir: “Allah Öz işlərində qalibdir” (Yusif, 21(.

Nəhayət, mələklər lətafətli və qeyri-maddi varlıqlardır. Allah-Taala onları yaratmış və onlara böyük vəzifə və missiyalar vermişdir.

Ad:
E-poçt:
* Comment:
captcha