IQNA

İngiltərə parlamentinin sabiq üzvü: “Hökumətimiz İsrail terrorizmini maliyyələşdirir”

11:26 - July 17, 2025
Xəbər sayı: 3498540
İQNA - İngiltərə parlamentinin sabiq üzvü bildirib ki, bu ölkənin hökuməti sionist rejimi dəstəkləyir və Təl-Əvivi məsuliyyətə cəlb etməkdən çəkindirir.

“Fələstin Əl-Ən”in məlumatına görə, İngiltərə parlamentinin sabiq üzvü Klaudiya Uebb çıxışında deyib: “İngiltərə hökuməti İsraili silahlandırmaqla, işğalçıların törətdiyi qətliamları asanlaşdırmaqla və Qəzzada törədilən cinayətlərə diplomatik və siyasi örtük təmin etməklə, İsrail terrorizmini birbaşa maliyyələşdirir.”

O vurğulayıb: “İngiltərə yalnız Qəzzada baş verən soyqırıma səssiz qalmaqla kifayətlənmir, eyni zamanda bu soyqırımda İsrailin birbaşa tərəfdaşına çevrilib.”

Uebb əlavə edib: “İngiltərə hökuməti İsrailin beynəlxalq məsuliyyətə cəlb edilməsinə aparan hər cür yolu bağlayır və ədalətin həyata keçirilməsinin qarşısını almaq üçün öz nüfuzundan istifadə edir. Bu isə beynəlxalq hüququn və BMT qətnamələrinin açıq şəkildə pozulmasıdır.”

O deyib: “İngiltərə yalnız doğru olanı etməyib, həm də ədalət və insanlıq prinsiplərinə xəyanət edib.”

İngiltərə parlamentinin sabiq üzvü bildirib: “İngiltərənin İsrailə silah ixracı təkcə bir il ərzində 47 faiz artıb. Halbuki fələstinlilər aclıq, bombardman və məcburi didərginliklə üz-üzədirlər.”

Klaudiya Uebb İngilis qadınlarının Qəzzaya həmrəyliyini emosional bir seçim deyil, müstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizə mirasının davamı adlandırıb və eyni zamanda hökuməti İsrailin ölüm maşınını maliyyələşdirməkdəki birbaşa roluna görə məsuliyyətə cəlb etmək üçün geniş xalq hərəkatının formalaşmasına çağırıb. O deyib: “Qəzzada baş verənlər qlobal bir əxlaq imtahanıdır və İngiltərə bu imtahandan rüsvayçılıqla kəsilib.”

4294781

captcha