“İQNA”-nın “əl-Nəşrə”yə istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurası sionist rejimin Suriyaya hücumları ilə bağlı fövqəladə iclas keçirəcək.
Bu iclas bu gün – cümə axşamı – Əlcəzairin tələbi ilə keçiriləcək.
Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd, ölkəsinin hazırda Təhlükəsizlik Şurasına sədrlik etdiyini bildirərək, iclasın Nyu-York vaxtı ilə saat 15:00-da keçiriləcəyini elan edib.
Sionist rejim çərşənbə günü və bu gün səhər tezdən Suriyanın müxtəlif bölgələrinə genişmiqyaslı hücumlar təşkil edib və Süveyda, Dəməşq və Laziqiyə vilayətlərində 160-dan çox hədəfi bombalayıb.
Suriyanın Səhiyyə Nazirliyi Dəməşqə edilən hücumlar nəticəsində 3 nəfərin öldüyünü, 28 nəfərin isə yaralandığını açıqlayıb.
4294814