IQNA

Avstraliyada Quran fəaliyyətindən təqdir olunub

10:34 - September 28, 2022
Xəbər sayı: 3492989
İmam Səccad Mərkəzinin (ə) nümayəndə heyəti Kərbəlaya səfəri zamanı İmam Hüseynin (ə) hərəminin Avstraliyadakı Quran fəaliyyətlərinə görə onlara minnətdarlıq və təşəkkürlərini bildiriblər.

"İQNA", İmam Hüseynin (ə) hərəminin informasiya mərkəzinə istinadən xəbər verir ki, İmam Səccad Mərkəzinin nümayəndə heyəti Kərbəlaya səfər edib. Onlar bu zamanı İmam Hüseynin (ə) hərəminin rəhbərliyi ilə görüşüblər. Avstraliyada İmam Hüseynin (ə) hərəminin Quran fəaliyyətlərini, xüsusilə bu mərkəzin mübarək Ramazan ayında və Sidney şəhərindəki proqramına görə təşəkkür edib və onu yüksək qiymətləndiriblər.

Bundan əlavə, bu görüşdə tərəflər digər sahələrdə, o cümlədən mühüm dini mərasimlərin, xüsusilə də Aşura kimi İmam Hüseynlə (ə) bağlı olanların qeyd edilməsində əməkdaşlığın artırılması barədə razılığa gəliblər. Həmçinin, İmam Hüseynin (ə) hərəkatının daha geniş ölçülərini tanıtmaq və bu ölçülərdən bütün dünyada bəşəri dəyərləri və azadlığı gücləndirmək məqsədi ilə Avstraliya müsəlman icmasının iştirakı ilə digər İslam mərasimlərinin keçirilməsinə təkid ediblər.

4088320

captcha