IQNA

Alah hansı qabaqcıllardan razıdır?

10:12 - October 01, 2022
Xəbər sayı: 3493003
“Tövbə” surəsinin 100-cü ayəsinə əsasən demək lazımdır ki, ilk gün kimi iman və saleh əməl yolunda hərəkət edən “Əs-Sabiqunəl-Əvvəlun” (ilk qabaqcıllardan) Allah razı qalar. Sadəcə olaraq qabaqcıl olmaq və dində keçmişə sahib olmaq ilahi razılıq əldə etmək üçün amil ola bilməz.

"İQNA", xəbər verir ki, İnqilabın Ali Məqamlı Rəhbəri müqəddəs müdafiənin veteranları və komandirləri ilə görüşündə verdiyi son açıqlamalarının bir hissəsində müqəddəs müdafiənin veteranları üçün Qurani-Kərimdə "Əs-Sabiqunəl-Əvvəlun" və "Vəs-Sabunəs-Sabiqun" ifadələrindən istifadə edib və deyib: "Yəni ehtiyacı başqalarından tez tanıyan və anlayanlar o ehtiyacı yerinə yetirməyə tələsdilər. O da döyüş meydanı, cihad meydanı, fədakarlıq meydanı kimi çətin bir sahədə; (Qabaqcıllar) bunlardır. Ona görə də onları tərifləmək və onlara hörmət etmək hamımızın borcudur".

“Əs-Sabiqunəl-Əvvəlun” ifadəsi “Tövbə” surəsinin 100-cü ayəsinin bir hissəsidir ki, tam mətni belədir: "(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!".

Bu ayənin şəni-nüzulu haqqında Şeyx Tusi deyir: " Bu ayənin kimin barədə nazil olması ilə bağlı ixtilaf vardır. Əbu Musa, Səid ibn əl-Museyyib, İbn Sirin və Qutadə deyirlər: "Hər iki qibləyə namaz qılanlar haqqında nazil olmuşdur".

Şöəbi deyir: "Söhbət Əl-Hudeybiyyə beyəti olan Rizvan beyətində beyət edənlərdən gedir. Həmçinin deyir ki, bu beyətdən sonra müsəlman olub hicrət edənlər əvvəlki mühacirlərdən deyillər". Əbu Əli Cəbai də deyir: "Hicrətdən əvvəl İslamı qəbul edənlər haqqında nazil olmuşdur".

Bu ayədə İslamın əvvəlindəki müsəlmanları üç qrupa bölünür: " İslam və hicrətdə öncüllər, Peyğəmbərə və mühacirlərə kömək edən öncüllər və onların yolunu davam etdirən öncüllər". İmam Sadiq (ə) buyurur: "Allah əvvəlcə keçmişə malik olan mühacirlərin adlarını, sonra ənsar və yardımçıların adlarını, sonra da onların ardıcıllarının adlarını qeyd etdi. Ona görə də hər bir qrupun məqamı öz yerində bildirilmişdir".

4088405

Ad:
E-poçt:
* Comment:
captcha