IQNA

Quran cəhalətdən çəkinməyə təkid edir

11:27 - October 03, 2022
Xəbər sayı: 3493017
Cahillik insanlar üçün xoşagəlməz bir xislət hesab olunur. Cahil insan nəinki problem yaradaraq, özünə zərər verir, hətta bəzən başqa qrupları və ya insanları azdırıb məhvə sürükləyə bilər. buna görə də insanlar cahil insanlardan çəkinməyə çalışır və onlarla həmsöhbət olmaq istəmirlər.

 

“Cəhalət” elm və agahlıq qarşısında durmaq, diqqətsizlik kimi müxtəlif mənalar daşıyır. İslam dini möminləri cəhalətdən uzaq olmağa dəvət etmiş və cəhalətin zərərli təsirlərini bəyan etmişdir.

Bəzi insanlar savadsızlığı və biliyə diqqətsizliyi cəhalətin kökü saysalar da, Qurani-Kərimdə nadanlığın bir neçə səbəbi bəyan edilmişdir. O cümlədən: "(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram" (Yusif, 33).

Həzrət Yusifdən (ə) nəql olunan bu ayədə günah cəhalətin insana hakim olması faktoruna çevrilir. Yaxud Quranda Yusifin (ə) qardaşlarının əhvalatı qeyd olunanda: “89.          (Yusif) onlardan: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” -deyə soruşdu” (Yusif, 89). Cahillik həvəslərdən və bir növ diqqətsizlikdən yaranır. Alim olsa belə, öz elminə, rəftarının nəticələrinə fikir verməsə, cahildir.

Hətta əxlaqsızlıq da cəhalətin səbəbidir. Məsələn, başqalarına lağ etmək cahilliyin əlamətlərindəndir: "Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək26 kəsmənizi əmr edir!”- dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” -dedilər”. (Musa da:) “Allah Özü məni cahil olmaqdan saxlasın!”- dedi" (Bəqərə, 67(.

Cahillik insan təfəkkürünün və şəxsiyyətinin böyüməsi və inkişafı üçün maneədir. Ona görə də cəhalətdən qaçmaq üçün çoxlu tövsiyələr var. Qurani-Kərimdə cəhalətin dağıdıcı təsirlərindən qorunmaq üçün tövsiyələr var, məsələn, Hücürat surəsinin 6-cı ayəsində belə deyilir: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" (Hücürat, 6).

Alim və arif insanlardan soruşmaq insanı cəhalətdən xilas edən işlərin başqa bir yoludur: “Əgər bilmirsinizsə, elm və zikr əhlindən soruşun” (Nəhl, 43(.

Elm sahiblərindən və müəyyən bir sahədə bilikli şəxslərdən soruşmaq hikmətli işdir və insanları cəhalətdən və diqqətsizlikdən uzaqlaşdırır.

Ad:
E-poçt:
* Comment:
captcha