IQNA

Səudiyyə Kitab Sərgisində Quranın çap prosesi ilə tanışlıq

11:17 - October 06, 2022
Xəbər sayı: 3493031
Kral Fəhd Quran Çap Dərnəyi 2022-ci il Ər-Riyad Beynəlxalq Kitab Sərgisində ziyarətçilər üçün Qurani-Kərimin çapı prosesini təsvir və izah edib.

"İQNA", "Səbəq"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralı Fəhdin Quran Çap Birliyinin istehsal keyfiyyətinə nəzarət bölməsinin rəhbəri Übeydullah Əl-Hərbi deyib: "Bu məclisdə Quranın yazısı və xəttatlıq bölməsi beş mərhələdən ibarətdir: Birincisi, ixtisaslaşdırılmış elmi komitənin Quranın yazı tərzini və xəttatlığını ətraflı nəzərdən keçirdiyi xəttatlıq mərhələsidir. İkincisi, hərflərdə nöqtələrin qoyulması, üçüncüsü, ayələrə hərəkə və işarələrin qoyulması mərhələsidir. Dördüncüsü, vəqf və ibtidanın əlamətlərini qərar verməkdir. Beşincisi, ayələrin nömrələrini qoyulmasıdır. Bütün bu mərhələlərdə buna xüsusi elmi komitə nəzarət edir.

O, əlavə edib ki, çap şöbəsində Quranın çapı hər hansı qüsurlara qarşı diqqət mərkəzində saxlanılır. Quranın hər bir səhifəsi çap zamanı istehsal keyfiyyətinə nəzarət bölməsinin əməkdaşları tərəfindən qiymətləndirilir və düzəliş edilir.

Əl-Hərbi qeyd edib ki, növbəti mərhələdə Quran bir daha nəzərdən keçirilir. Bu mərhələdə səhv görmək nadir hallarda olur.

O deyib ki, dördüncü və son mərhələdə, yəni üz qabığının çapı və cildlənməsi Quranın bir neçə rəvayətdə və müxtəlif dillərdə çapı həyata keçirilir.

4089392

captcha